Əsas səhifə
Lüğət
Laspeyres indeksi

Laspeyres indeksi

Başlanğıc

Laspeyres indeksi nədir?

Laspeyres indeksi iqtisadiyyatda sabit əmtəə və xidmətlər səbətinin qiymətindəki dəyişiklikləri izləmək üçün istifadə olunan alətdir. Bu, qiymətlərin zamanla necə artdığını və ya azaldığını anlamağa kömək edir, bununla da bizdə inflyasiya və ya deflyasiya haqqında təsəvvür yaradır. Laspeyres indeksi, adətən, yaşayış minimumunu izləyən istehlakçı qiyməti indekslərini (CPI) hesablamaq üçün istifadə olunur.

Laspeyres indeksi necə işləyir?

Laspeyres indeksi baza (bazis) dövründən (müəyyən bir başlanğıc vaxtı) olan bir sıra əmtəə və xidmətlərdən istifadə edir. Bu əmtəə və xidmətlərin miqdarı və qiymətləri baza dövründə müəyyən edilir. Daha sonra indeks eyni miqdardan, lakin yenilənmiş qiymətlərdən istifadə edərək, həmin əmtəələrin sonrakı dövr üçün dəyərini müqayisə edir.

Düstur

Laspeyres indeksi üçün düstur belədir:

Laspeyres indeksi = ∑(Pt⋅Q0) / ∑(P0⋅Q0) * 100, burada:
  • özündən sonra duran elementlərin cəmini göstərir.
  • Pt​ cari dövrdəki əmtəə və ya xidmətin qiymətidir.
  • P0​ baza dövründəki əmtəə və ya xidmətin qiymətidir.
  • Q0​ baza dövründəki əmtəə və ya xidmətin miqdarıdır.

Təfsir

  • Laspeyres indeksinin 100-dən yuxarı olması əmtəə və xidmətlər səbətinin dəyərinin baza dövrü ilə müqayisədə artdığını göstərir.
  • Laspeyres indeksinin 100-dən aşağı olması əmtəə və xidmətlər səbətinin dəyərinin baza dövrü ilə müqayisədə azaldığını göstərir.
  • Laspeyres indeksinin 100-ə bərabər olması əmtəə və xidmətlər səbətinin dəyərinin baza dövründən bəri eyni qaldığını göstərir.

Nümunə

İki elementdən ibarət səbətlə sadə bir nümunəni nəzərdən keçirək: alma və çörək. 

Təsəvvür edin ki, baza dövründə:

  • 10 almanın hər birinin qiyməti 1 $ təşkil edir.

  • 5 çörəyin hər birinin qiyməti 2 $ təşkil edir.

Cari dövrdə qiymətlər fərqlidir:

  • 10 almanın hər birinin qiyməti 1,50 $ təşkil edir.

  • 5 çörəyin hər birinin qiyməti 2,50 $ təşkil edir.

İndi baza dövründə və cari dövrdə səbətin dəyərini hesablayaq:

Baza dövründəki dəyər = (10 1) + (5 2) = 10 + 10 = 20
Cari dövrdəki dəyər = (10 1,50) + (5 2,50) = 15 + 12,5 = 27,5

Sonra isə Laspeyres indeksini hesablayaq:

Laspeyres indeksi = (27,5 / 20) * 100 = 137,5

Bu nümunədə 137,5-ə bərabər olan Laspeyres indeksi əmtəə səbətinin dəyərinin baza dövrü ilə müqayisədə 37,5% artdığını göstərir.

Laspeyres indeksi Kripto bazarında

Laspeyres indeksi, adətən, gündəlik əmtəə və xidmətlər üçün istifadə edilsə də kriptovalyuta bazarına da tətbiq edilə bilər. Kriptovalyutalar dəyişən dəyərlərə malik rəqəmsal aktivlərdir, buna görə də zamanla onların qiymət dəyişikliklərini izləmək vacibdir.

Tətbiqi

Kriptovalyutada Laspeyres indeksindən istifadə etmək üçün müxtəlif kriptovalyutalardan ibarət bir səbət seçməlisiniz. Məsələn, siz bitcoin, ethersolana seçə bilərsiniz. Onların baza dövründəki miqdarını və qiymətlərini qeyd edin. Vaxt keçdikcə siz onların ilkin miqdarlarını (baza dövründə qeydə alınmış) dəyişməz saxlamaqla qiymətlərini yeniləyəcəksiniz.

Faydaları

Kriptovalyutada Laspeyres indeksindən istifadə investorlara bir qrup kriptovalyutanın ümumi dəyərinin necə dəyişdiyini anlamağa kömək edə bilər. Bu, şaxələndirilmiş kriptovalyuta portfeli idarə edənlər üçün faydalı ola bilər, çünki bu, qiymət dəyişikliklərinin onların avuarlarına birgə təsirini göstərir.

Nəticə

Əmtəə və xidmətlərin miqdarını sabit saxlamaqla və yalnız onların qiymətlərini yeniləməklə Laspeyres indeksi inflyasiya və ya deflyasiya haqqında aydın təsəvvür yarada bilər. Bu, gündəlik əmtəə və xidmətlər üçün geniş istifadə olunsa da kriptovalyuta qiymətlərindəki dəyişiklikləri izləmək üçün də uyğunlaşdırıla bilər.

Ətraflı məlumat: indeks fondları nədir?
Postları paylaşın
Əlaqəli lüğətlər
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.