Satoşi testi nədir və Transferə nəzarət qaydasına necə kömək edir?
Əsas səhifə
Məqalələr
Satoşi testi nədir və Transferə nəzarət qaydasına necə kömək edir?

Satoşi testi nədir və Transferə nəzarət qaydasına necə kömək edir?

Başlanğıc
Yenilənib May 12, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Transferə nəzarət qaydası kriptovalyuta platformalarından kriptovalyuta tranzaksiyaları haqqında müəyyən təfərrüatların toplanması və paylaşılmasını tələb edən tənzimləyici standartdır. Məqsəd çirkli pulların yuyulmasına qarşı beynəlxalq qaydalara riayət etməkdir.

  • Binance istifadəçilərindən kriptovalyutanı müəyyən platformalara göndərməzdən (və ya onlardan kriptovalyuta almazdan) əvvəl pul kisəsi ünvanlarının sahibliyini doğrulamaq tələb oluna bilər. 

  • Satoşi testi kiçik kriptovalyuta transferi vasitəsilə Transferə nəzarət qaydalarına uyğunluğu asanlaşdıran doğrulama metodudur. Tamamlandıqdan sonra o hər depozit və ya nağdlaşdırma üçün pul kisəsi ünvanını dəfələrlə doğrulamaq ehtiyacını aradan qaldırır.

satoshi test cta banner

Giriş

Transferə nəzarət qaydası kriptovalyutanın platformalar arasında göndərilməsinə təsir edən beynəlxalq tənzimləmə tələbidir. O, kriptovalyuta xidmət təminatçılarını çirkli pulların yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün xüsusi tranzaksiya təfərrüatlarını paylaşmağa məcbur edir. Qayda maliyyə təhlükəsizliyini təşviq etsə də, gündəlik kriptovalyuta tranzaksiyalarını mürəkkəbləşdirə bilər.

Satoşi testi istifadəçilərin kriptovalyuta tranzaksiyaları edərkən Transferə nəzarət qaydasına riayət etmələrini asanlaşdıran funksiyadır. Alıcı pul kisəsi sahibliyini təsdiqləmək üçün az miqdarda BTC və ya digər kriptovalyutanın sınaq transferinə icazə verməklə Satoşi testi istifadəçi təcrübəsini daha səmərəli və təhlükəsiz hala gətirir (xüsusilə də Binance-in Ünvan idarəetmə funksiyası ilə birlikdə istifadə edildikdə).

Transferə nəzarət qaydası nədir?

Rəsmi olaraq Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) 16-cı Tövsiyəsi adı ilə tanınan Transferə nəzarət qaydası Virtual aktiv xidməti provayderlərinə (VASP-lərə) şamil olunan qlobal standartdır. Bu qayda tələb edir ki, istifadəçilər müəyyən həddən yuxarı kriptoaktivləri VASP-lər arasında transfer etdikdə həm göndərənin, həm də alıcının məlumatları toplanmalı və mübadilə edilməlidir.

Buraya daxildir:

  • Göndərənin adı və pul kisəsi ünvanı.

  • Alıcının adı və pul kisəsi ünvanı.

  • Hesab nömrələri və ya unikal tranzaksiya identifikatorları.

Nəticə etibarilə, istifadəçilər Binance-dən Transferə nəzarət qaydasına əməl edən başqa VASP-ə vəsait göndərməyə çalışdıqda platforma alıcının ünvanını doğrulamalıdır və bu da çox vaxt manual addımlar, gecikmə və ya ünvan doğrulamalarını tələb edir.

Satoşi testi nədir?

Satoşi testi Transferə nəzarət qaydasına uyğun başqa platformaya kriptoaktiv göndərərkən ünvanın doğrulanması prosesini sadələşdirmək üçün nəzərdə tutulmuş funksiyadır. O, alıcının pul kisəsinə nəzarət etdiyini təsdiqləmək üçün əvvəlcə az miqdarda kriptovalyuta göndərməklə istifadəçilərin alıcının pul kisəsini doğrulamasına imkan verir.

İş prinsipi

  1. Nağdlaşdırma başlatmaq: istifadəçi kriptovalyutanı təsdiqlənməmiş ünvandan nağdlaşdırmağa cəhd etdikdə sistem ondan Satoşi testini tamamlamağı tələb edə bilər.

  2. Kiçik test məbləği göndərmək: istifadəçi alıcıya çox az miqdarda kriptovalyuta (məsələn, 0,00001 BTC) göndərir.

  3. Alıcı qəbzi təsdiqləyir: alıcı öz platformasında məbləği və tranzaksiya ID-ni təsdiqləyir.

  4. Ünvanı doğrulamaq: təsdiq edildikdən sonra tam nağdlaşdırma davam edə bilər və ünvan gələcək istifadə üçün doğrulanmış kimi qeyd olunur.

Bu doğrulama üsulu xüsusilə ilk dəfə edilən transferlər üçün faydalıdır və manual sənəd yükləmək və ya qarşılıqlı doğrulama proseslərinə ehtiyacı aradan qaldırır.

Satoşi testi niyə əhəmiyyətlidir?

Satoşi testi istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır:

  • Sürtünmənin azaldılması: alıcı pul kisələrinin doğrulanması prosesini asanlaşdırır.

  • Təhlükəsizliyin artırılması: istifadəçilərin kriptovalyutanı düzgün pul kisəsi ünvanına göndərməsini təmin edir.

  • Daha sürətli tranzaksiyalar: ünvan doğrulandıqdan sonra istifadəçilər üçün yeni transferlər etmək daha sürətli və asandır.

  • Uyğunluğun təkmilləşdirilməsi: Binance və istifadəçilərinin tənzimləmə tələbləri və gözləntiləri ilə uyğunlaşmağına kömək edir.

Binance-də ünvan idarəetmə funksiyası

Ünvan idarəetməsi Binance istifadəçilərinin pul kisəsi ünvanlarını saxlamasına və etiketləməsinə imkan verən alətdir və gələcək nağdlaşdırmaları çox asanlaşdırır. Ünvanların ağ siyahıya əlavə edilməsi də əlavə təhlükəsizlik təmin edir və səhv alıcıya göndərmə və ya ünvanı yanlış yazma riskini azaldır.

Vəziyyətdən asılı olaraq Binance istifadəçiləri pul kisəsi ünvanlarını Satoşi testi vasitəsilə doğrulamaq üçün Ünvan idarəetmə funksiyasından istifadə edə bilərlər.

Ünvan idarəetməsi siyahısına yeni ünvan necə əlavə olunur?

Binance hesabınıza daxil olun və Ünvan idarəetməsi səhifəsinə keçin. Onu [Hesab] → [Təhlükəsizlik] → [Nağdlaşdırma ağ siyahısı] bölməsinə keçməklə də tapa bilərsiniz.

binance address management

  1. Yeni nağdlaşdırma pul kisəsi ünvanı əlavə etmək üçün [Ünvan əlavə et] üzərinə klikləyin.

satoshi test add address to adress book

  1. Ünvana etiket adı əlavə edin və məlumatları doldurun.

satoshi test add address

  1. Vəziyyətdən asılı olaraq sizdən ünvanı doğrulamaq tələb oluna bilər.

satoshi test verification reminder

  1.  Təlimatlara əməl edin və Satoşi testini tamamlayın (tələb olunarsa).

binance satoshi test deposit

Ətraflı məlumat üçün Binance Tez-tez verilən suallar bölməsinə nəzər salın.

İstifadə halı nümunəsi

Təsəvvür edin ki, istifadəçi ilk dəfə BTC-ni Binance-dən başqa birjaya göndərmək istəyir. Transferə nəzarət qaydasına uyğun olaraq platforma alıcının pul kisəsini doğrulamalıdır. Uzun prosesdən keçmək əvəzinə istifadəçi az miqdarda BTC göndərərək Satoşi testini seçir. Alıcı təsdiq etdikdən sonra istifadəçi tam transferi tamamlayır və gələcək istifadə üçün ünvanı öz Ünvan idarəetməsinə əlavə edir. Növbəti dəfə eyni ünvana BTC göndərildikdə proses problemsiz həyata keçəcək.

Yekun qeydlər

Satoşi testi Binance istifadəçilərinin Transferə nəzarət qaydasına və digər beynəlxalq Çirkli Pulların Yuyulmasına Qarşı qaydalara əməl etməsinə imkan verən praktik və səmərəli həldir. Kiçik məbləğdə kriptovalyuta transferi vasitəsilə pul kisəsi sahibliyinin doğrulanması ilə Satoşi testi daha çox rahatlıq və təhlükəsizlik təmin edərkən gecikmələri də azaltmağa kömək edə bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.