Mərkəzləşdirilməmiş indekslər
Mərkəzləşdirilməmiş göstəricilər və ya mərkəzdənkənar mübadilə (DEX) indeksləri kimi də tanınan mərkəzləşdirilməmiş indekslər mərkəzdənkənar mübadilələrdə satılan çoxsaylı kriptovalyutaların və ya rəqəmsal aktivlərin performansını izləyən maliyyə məhsullarıdır. Bu indekslər tək bir kriptovalyutaya investisiya yatırmaqla əlaqədar bəzi riskləri azaldarkən investorlar üçün daha geniş
kriptovalyuta bazarını əlçatan etmək məqsədilə nəzərdə tutulub.
Bank və ya maliyyə qurumları kimi mərkəzləşdirilmiş müəssisələr tərəfindən idarə olunan Birja ticarət fondlarından (ETF) fərqli olaraq, mərkəzləşdirilməmiş indekslər blokçeyn şəbəkəsində
smart müqavilələrlə idarə olunur. Bu o deməkdir ki, indekslər mərkəzləşdirilir və tək bir müəssisə tərəfindən nəzarət olunmur, bu isə manipulysiya riskini azaldaraq şəffaflıq və təhlükəsizliyi artırır.
Mərkəzləşdirilməmiş indekslər, adətən, ETF-də olan şirkət səhmləri əvəzinə kriptovalyuta və rəqəmsal aktivlər səbətlərindən ibarət olduğuna görə ETF-dən fərqlənir. Mərkəzləşdirilməmiş indeksin aktivləri
bazarın kapitallaşması,
likvidlik və treydinq həcmi kimi konkret meyarlara əsasən seçilir. İndeksin performansı səbətdəki aktivlərin hesablanmış ortalama qiymətinə əsasən hesablanır.
İnvestorlar ənənəvi indeks fondu ilə etdikləri kimi, mərkəzləşdirilməmiş indeksləri ala və sata bilərlər. Lakin mərkəzləşdirilməmiş indeks səhmləri mərkəzləşdirilmiş müəssisə vasitəsilə deyil, mərkəzdənkənar mübadilələr üzrə satıla bilər.
Mərkəzləşdirilməmiş indekslərin əsas üstünlüklərindən biri investorlar üçün kriptovalyuta və ya rəqəmsal aktivlərin
çoxşaxəli portfelini əlçatan etməsidir. Bu, tək bir aktivə investisiya yatırmaq riskini azaltmağa kömək edə bilər, çünki bir aktivdəki itkilər potensial olaraq digərlərindəki mənfəətlə kompensasiya edilə bilər. Bundan əlavə, mərkəzləşdirilməmiş indekslər fərdi olaraq alınması və ya satılması çətin ola biləcək aktivləri əlçatan edə bilər.
Mərkəzləşdirilməmiş indekslərin başqa bir üstünlüyü, ənənəvi indekslərlə müqayisədə artan şəffaflıq və təhlükəsizlik təklif etməsidir. Blokçeyn şəbəkəsindəki smart müqavilələr mərkəzləşdirilməmiş indeksləri idarə etdiyi üçün bütün əməliyyatlar hər kəsin doğrulaya biləcəyi hər kəsə açıq hesab dəftərində qeyd olunur. Bu, investorlara indeksin performansı və idarə olunması ilə bağlı daha çox inam verir.
Mərkəzləşdirilməmiş indekslər hələ də nisbətən yeni və inkişaf edən bir konsepsiyadır. Beləliklə, onlarla əlaqədar bəzi çətinliklər və rislər var. Bu çətinliklərdən biri tənzimləmə və nəzarətə ehtiyac olmasıdır, çünki aydınlığın olmaması xüsusi mərkəzləşdirilməmiş indeksin etibarlılığını və keyfiyyətini müəyyən etməyi çətinləşdirə bilər. Bundan əlavə, kriptovalyuta bazarının dəyişkənliyi indeks dəyərində mühüm dalğalanmalara səbəb ola, bu isə investorların gəlirlərinə təsir edə bilər.