Əsas diqqət yetiriləcək məqamlar
Particle şəbəkəsi istifadəçilərin bir hesab vasitəsilə birdən artıq şəbəkə ilə interaksiya etmələrinə imkan verməklə blokçeyni sadələşdirir, çox sayda müxtəlif pul kisəsinin olması və aktivlərin manual qaydada əlaqələndirilməsi ehtiyacını aradan qaldırır.
Əsas funksiyalara Universal likvidlik və Universal qaz daxildir və bu funksiyalar istifadəçilərin zəncirlər üzrə aktivlərə daxil olmalarına və istənilən tokenlə tranzaksiya komissiyalarını ödəmələrinə imkan verir.
Modullu Qat 1 blokçeyni kimi qurulan Particle şəbəkəsi mövcud Dapp-lər ilə uyğunluğu təmin edir və proqramçılar üçün əlverişli mühit təklif edir.
Giriş
Blokçeyn texnologiyasının inkişafı hər birinin öz ekosistemi olan bir çox müstəqil şəbəkənin yaradılması ilə nəticələnib. Bu, istifadəçilərə daha çox seçim imkanı versə də, bölünmüş likvidlik və mürəkkəb çarpaz zəncir interaksiyaları kimi problemlərə səbəb olub. Particle şəbəkəsi bu problemləri müxtəlif blokçeynləri asanlıqla əlaqələndirməyə imkan verən vahid sistem yaratmaqla həll etməyi hədəfləyir.
Particle şəbəkəsi nədir?
Particle şəbəkəsi Web3 interaksiyalarını sadələşdirmək və inteqrasiya etmək üçün nəzərdə tutulmuş Qat 1 blokçeynidir. O, istifadəçilərin bir hesabdan istifadə etməklə bir neçə blokçeynlə interaksiya etmələrinə imkan verən zəncir abstraksiyası adlı konsepsiya təqdim edir. Aktivləri manual qaydada əlaqələndirməyə və ya bir neçə kriptovalyuta pul kisəsi idarə etməyə ehtiyac olmayacaq.
Particle şəbəkəsi nə üçün yaradılıb?
Yüzlərlə şəbəkənin əlçatan olması, eləcə də modullu və tətbiq üçün nəzərdə tutulmuş blokçeynlərin sayının artması ilə Web3 mühiti daha çox hissələrə ayrılıb. Bu, likvidliyin fraqmentasiyası ilə nəticələnib və nəticə etibarilə, istifadəçiləri aktivlərini bir neçə zəncir və pul kisəsinə yaymağa sövq edib. Bundan əlavə, qaz və tranzaksiya ödənişlərini ödəmək üçün fərqli tokenlər saxlanmalıdır.
Particle şəbəkəsi bu ümumi problemləri həll etmək üçün yaradılıb. O, istifadəçi təcrübəsini təkmilləşdirən və blokçeyn texnologiyasının və kriptovalyutaların daha geniş şəkildə qəbul edilməsini təşviq edən vahid ekosistem təklif edir.
Particle şəbəkəsinin iş prinsipi necədir?
Particle şəbəkəsi problemsiz çoxzəncirli təcrübə yaratmaq üçün bir neçə funksional imkan təqdim edir. Bu funksional imkanlara Universal hesablar, Universal likvidlik və Universal qaz daxildir.
1. Universal hesablar
Particle-ın əsas məhsullarından biri Universal hesablar adlanır. O, istifadəçilərə müxtəlif şəbəkələrdə vahid ünvan və balans təqdim etmək üçün nəzərdə tutulub. İstifadəçilərin zəncirlər arasında keçid etmək ehtiyacını aradan qaldırır, tranzaksiyaların daha problemsiz olmasını təmin edir və Web3 ekosistemində sürtünməni azaldır.
Universal hesablar istifadəçilərə birdən artıq blokçeyndə işləyən vahid ünvan təqdim edir. Bu hesab müxtəlif blokçeyn şəbəkələri ilə sinxronlaşdırma aparmaqla istifadəçilərin mərkəzdənkənar tətbiqlərlə (Dapp-lər) interaksiya etmələrinə və şəbəkələr arasında manual keçid etmədən aktivləri transfer etmələrinə imkan verir. Bu sistemin üstünlüklərinə aşağıdakılar daxildir:
Sadələşdirilmiş istifadəçi təcrübəsi – Çox sayda pul kisəsini idarə etməyə ehtiyac yoxdur.
Təkmilləşdirilmiş təhlükəsizlik – Çox sayda şəxsi açarın idarə edilməsi ilə bağlı riskləri azaldır.
Problemsiz Dapp interaksiyası – İstifadəçilər bir hesabdan müxtəlif zəncirlər üzrə Dapp-lər ilə işləyə bilərlər.
2. Universal likvidlik
Blokçeyn sahəsindəki əsas problemlərdən biri likvidliyin fraqmentasiyasıdır. Aktivlər çox vaxt fərdi blokçeynlər daxilində kilidlənir və bu onlardan bir neçə şəbəkədə istifadə etməyi çətinləşdirir. Particle şəbəkəsi bu problemi Universal likvidlik vasitəsilə həll edir. Bu funksiya istifadəçilərin zəncirlər üzrə aktivlərinə daxil olmalarına və onlardan səmərəli şəkildə istifadə etmələrinə imkan verir.
Buna atomik çarpaz zəncir tranzaksiyaları vasitəsilə nail olunur, yəni istifadəçilər müxtəlif blokçeynlərdə avtomatik olaraq emal edilən ticarət və transferlər həyata keçirə bilərlər.
3. Universal qaz
Hər blokçeyn istifadəçilərdən tranzaksiyaları emal etmək üçün qaz ödənişləri ödəmələrini tələb edir. Adətən hər blokçeynin qaz ödənişləri üçün öz daxili tokeni olur və bu, istifadəçiləri şəbəkələr üzrə müxtəlif tokenlərdə balans saxlamağa məcbur edir.
Particle şəbəkəsi isə istifadəçilərin interaksiya etdikləri blokçeyndən asılı olmayaraq istənilən tokendən istifadə etməklə tranzaksiya ödənişlərini ödəmələrinə imkan verən Universal qaz funksiyasını təqdim edir. Bu sistem tokenləri avtomatik olaraq tələb olunan qaz ödənişinə konvertasiya edən Paymaster mexanizmindən istifadə edir.
Universal qazın üstünlüklərinə aşağıdakılar daxildir:
Çox sayda qaz tokeni saxlamağa ehtiyac olmadığı üçün tranzaksiyaları həyata keçirmək daha rahat olur.
Yeni istifadəçilər üçün əlçatanlıq təkmilləşdirilib, onlar qaz ödənişləri barədə düşünmədən blokçeynlərlə interaksiya edə bilirlər.
İstifadəçilərin tranzaksiyaları həyata keçirməzdən əvvəl aktivləri svop etmələrinə ehtiyac olmadığı üçün əməliyyatlar daha sürətlidir.
Modullu Qat 1 dizaynı
Particle şəbəkəsi modullu Qat 1 blokçeyni kimi, yəni çevik və genişləndirilə bilən şəkildə yaradılıb. O, Universal hesablar üçün koordinasiya mühərriki rolunu oynayır və çarpaz zəncir tranzaksiyalarını səmərəli şəkildə idarə edir.
Modullu dizaynının bəzi əsas xüsusiyyətləri aşağıdakılardır:
Vəziyyətin sinxronlaşdırılması – İstifadəçi balanslarının və hesab vəziyyətlərinin müxtəlif zəncirlərdə uyğun qalmasını təmin edir.
Doğrulama və məlumatların saxlanması üçüncü tərəflərə həvalə edilib – Particle şəbəkəsi doğrulama və məlumatların əlçatanlığı üçün kənar xidmətlərdən istifadə edir və bu, sistemin daha səmərəli olmasına imkan verir.
Yüksək performanslı icra mühiti – Şəbəkə Ethereum virtual maşınını (EVM) dəstəkləyir, onun mövcud Dapp-lər və blokçeyn layihələrinə uyğun olmasını təmin edir.
Binance HODLer airdrop-da PARTI
Binance 25 mart 2025-ci il tarixində Particle şəbəkəsini (PARTI) Binance HODLer airdrop-ları proqramı çərçivəsində 13-cü layihə olaraq elan edib. Uyğunluq müddətində BNB-lərini Sadə qazanc və ya Zəncirdaxili gəlirlər məhsullarına abunə edən istifadəçilər PARTI mükafatlarına layiq olurlar. Proqrama ümumilikdə 30 milyon PARTI ayrılıb.
PARTI airdrop-dan sonra USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq etməyə imkan verən Toxum teqinin tətbiq edilməsi ilə Binance-da listinq edilib.
Yekun qeydlər
Particle şəbəkəsi Web3 platformasında fraqmentasiya problemlərinin həlli ilə məşğul olan innovativ blokçeyn layihəsidir. O, Universal hesablar, Universal likvidlik və Universal qaz funksiyalarını təqdim etməklə çoxzəncirli təcrübəni asanlaşdırır, blokçeyn interaksiyalarının daha səmərəli və istifadəçilər üçün əlverişli olmasını təmin edir.
Particle şəbəkəsi modullu Qat 1 strukturu ilə blokçeyn istifadəçiləri və proqramçılar üçün genişləndirilə bilən və problemsiz mühit təmin etməyi hədəfləyir. Onun hədəfi qarşılıqlı fəaliyyəti təkmilləşdirmək və blokçeyn texnologiyasının daha geniş auditoriya üçün daha əlçatan olmasını təmin etməkdir.
Tövsiyə olunan ədəbiyyat
Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.