Məsuliyyətdən imtina: bu bənd yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl mütəxəssislə məsləhətləşin. Bu bənddə qeyd olunan məhsullar sizin regionda əlçatan olmaya bilər.
Əsas diqqət yetiriləcək məqamlar
"Biri digərini ləğv edir" (OCO) sifarişi eyni vaxtda iki sifariş verməyə imkan verir. Sifarişlərdən biri yerinə yetirilərsə, digəri avtomatik olaraq ləğv edilir.
OCO sifarişlərindən səmərəli istifadə etmək üçün limit sifarişləri, stop limit sifarişlərini və ümumi sifariş təyinetmə şərtlərini anlamaq vacibdir.
OCO sifarişləri mənfəəti bağlamaq, riskləri məhdudlaşdırmaq və mövqeyə giriş və çıxışı avtomatlaşdırmaqla treydinqi daha çoxyönlü və təhlükəsiz edə bilər.
Qeyd: davam etməzdən əvvəl limit və stop limit sifarişləri üzrə təlimatlarımızı oxumağınızı tövsiyə edirik.
OCO sifarişi nədir?
OCO və ya "Biri digərini ləğv edir" sifarişi eyni vaxtda iki sifariş verməyə imkan verir. O, limit sifarişi stop limit sifarişi ilə birləşdirir, lakin ikisindən yalnız biri icra edilə bilər.
Başqa sözlə, sifarişlərdən biri qismən və ya tam yerinə yetirildikdə qalanı avtomatik olaraq ləğv ediləcək. Nəzərə alın ki, sifarişlərdən birinin manual olaraq ləğv edilməsi digərinin də ləğv edilməsinə səbəb olacaq.
Binance-də ticarət edərkən ticarətin avtomatlaşdırılmasının əsas forması kimi OCO sifarişlərindən istifadə edə bilərsiniz. Bu funksiya sizə eyni vaxtda iki limit sifariş yerləşdirmə imkanı verir ki, bu da mənfəət əldə etmək və potensial itkiləri minimuma endirmək üçün faydalı ola bilər.
OCO sifarişlərindən necə istifadə edilməlidir?
Binance hesabınıza daxil olduqdan sonra aşağıda göstərildiyi kimi treydinq sahəsinə daxil olun. Aşağı açılan menyunu açmaq üçün "Stop limiti" üzərinə klikləyin və "OCO" seçin.
Binance-də OCO sifarişləri bir cüt alış və ya satış sifarişi kimi yerləşdirilə bilər. OCO sifarişləri haqqında daha ətraflı məlumatı "i" simvoluna klikləməklə əldə edə bilərsiniz.
OCO seçimini seçdikdən sonra yeni treydinq interfeysi yüklənəcək. Bu interfeys eyni vaxtda limit və stop limit sifarişini təyin etməyə imkan verir.
OCO sifarişinizi yerləşdirdikdən sonra Açıq sifarişlər bölməsində hər iki sifarişin təfərrüatlarını vizuallaşdırmaq üçün aşağı sürüşdürə bilərsiniz.
Limit sifariş
Limit sifariş aktivi müəyyən bir qiymətə almağa və ya satmağa imkan verir. O, sifariş kitabçasında görünür və yalnız sizin təyin etdiyiniz qiymətə və ya daha sərfəli qiymətə icra olunacaq.
Stop limit sifarişi
Bu, aşağıdakıları əhatə edən ikiaddımlı bir prosesdir:
Stop: stop limit sifarişinizin tətiklənəcəyi qiymət (məsələn, 553,34 USDT). Nəzərə alın ki, bu, Binance-də OCO sifarişi interfeysində stop-itki (və ya SL üzrə ilkin qiymət) olaraq etiketlənir.
Limit: stop tətikləndikdən sonra limit sifarişinizin faktiki qiyməti (məsələn, 553,24). Nəzərə alın ki, bu, Binance-də OCO sifarişi interfeysində SLlLimiti olaraq etiketlənir.
Məbləğ: sifarişinizin ölçüsü (məsələn, 5 BNB).
Cəmi: sifarişinizin ümumi dəyəri.
OCO sifarişi təyinetmə şərtləri
Satış sifarişləri üçün:
Uzun mövqeyə sahib olduğunuz halda, potensial itkiləri minimuma endirmək üçün stop qiymətini əsas dəstək səviyyəsindən bir qədər aşağı təyin edə bilərsiniz. Qiymət aşağı düşərsə, bu, stop-itki sifarişini tətikləyəcək. Dəstək səviyyələri təhlükəsizlik şəbəkələri kimi çıxış edə bilər və aktivlərin alıcıların marağını cəlb etdiyi keçmiş davranışa əsasən müəyyən edilir.
İcra şanslarını artırmaq üçün limit qiymətini (SL limiti) aşağıdakı nümunədə etdiyimiz kimi stop qiymətindən bir qədər aşağı təyin edə bilərsiniz (SL üzrə ilkin qiymət 553,34 və SL üzrə limit 553,24). SL üzrə limit SL üzrə ilkin qiymətdən yüksək və ya ona bərabərdirsə , xüsusilə qiymət çox sürətlə aşağı düşürsə, sifarişin yerinə yetirilməmiş qalma şansı daha yüksəkdir.
Alış sifarişləri üçün:
Qısa bir mövqeyə sahib olanda və alış sifarişindən stop-itki kimi istifadə etmək istədikdə potensial itkiləri minimuma endirmək üçün Stop qiymətini əsas müqavimət səviyyəsindən bir qədər yuxarı qura bilərsiniz. Qiymət müqavimət səviyyəsindən yuxarı qalxarsa, stop-itki alış sifarişini tətikləyəcək.
Dəstək səviyyələrindən fərqli olaraq, müqavimət səviyyələri aktivin qiymətinin satış təzyiqi tapmağa meyilli olduğu sahələrdir. Qısa mövqelər üçün bu səviyyələr təhlükəsizlik şəbəkələri kimi çıxış edə bilər və əvvəlki qiymət hərəkatına əsasən müəyyən edilir.
İcra şansını artırmaq üçün siz limit qiymətini (SL üzrə limit) stop qiymətindən bir qədər yuxarı təyin edə bilərsiniz. SL üzrə limit SL üzrə ilkin qiymətdən aşağı və ya ona bərabərdirsə , xüsusilə qiymət çox sürətlə qalxırsa, sifarişin yerinə yetirilməmiş qalma şansı daha yüksəkdir.
OCO sifarişi praktikada
BNB/USDT treydinq cütünün aşağıdakı qiymət diapazonunu nəzərdən keçirin. Yuxarıdakı ağ xətt 590 $ yaxınlığında bir müqavimət səviyyəsidir, aşağıdakı ağ xətt isə 560 $ ətrafında bir dəstək səviyyəsidir.
İndi təsəvvür edin ki, bu qiymət aralığında uzun bir mövqe açmaq istəyirsiniz. Cari qiymət 577,46 $-dır, ancaq dəstək səviyyəsinə (aşağıdakı ağ xətt) yaxın daha yaxşı bir giriş qiyməti gözləmək istəyirsiniz. Tutaq ki, istədiyiniz giriş qiyməti 562,91 $-dır.
Qiymət istədiyiniz giriş nöqtəsinə enməsə, ticarəti qəbul etməyəcəksiniz. Lakin qiymət giriş nöqtənizə düşərsə, ticarəti 589,52 $ hədəfi və 553,34 $ stop-itki ilə açacaqsınız.
Qiymət mavi yolu izləyirsə, ticarətiniz itki ilə nəticələnəcək, çünki stop-itki tətiklənəcək (553,34 $). Ticarətinizin sərfəli olması üçün siz qiymətin sarı ox yolu ilə getməsini istəyirsiniz (giriş 562,91 $, gəlir götürmə isə 589,52 $).
Bu ssenaridə bir OCO sifarişi bütün potensial nəticələri əhatə edə bilər, qiymət gözlədiyiniz kimi hərəkət edərsə, gəlir götürməyinizi təmin edə bilər və ticarət səhv getdiyi təqdirdə itkiləri məhdudlaşdıra bilər.
Verdiyimiz nümunədə stop qiyməti 553,34 USDT (tətik qiyməti), SL üzrə limit isə 553,24 USDT (sifarişin veriləcəyi qiymət) təşkil edir. Bu o deməkdir ki, qiymət 553,34-ə çatdıqda və ya ondan aşağı düşdükdə stop-limit sifarişiniz aktivləşəcək və limit satış sifarişi 553,24 USDT səviyyəsində yerləşdiriləcək. Buna baxmayaraq, unutmayın ki, qiymət 553,24-dən aşağı çox sürətlə düşərsə, limit sifarişinin yerinə yetirilə bilməməsi riski var.
Daha sadə dillə desək, BNB/USDT 553,34-ə və ya ondan aşağı düşərsə, limit satış sifarişi 553,24-də yerləşdiriləcək.
Yekun qeydlər
OCO funksiyası sizə və digər Binance istifadəçilərinə daha təhlükəsiz və çoxyönlü şəkildə ticarət etməyə imkan verən sadə, lakin güclü bir alətdir. Bu xüsusi sifariş növü mənfəəti kilidləmək, riskləri məhdudlaşdırmaq və hətta mövqelərə daxil olmaq və onlardan çıxmaq üçün faydalı ola bilər. Lakin OCO sifarişlərindən istifadə etməzdən əvvəl limit və stop-limit sifarişlərini dərindən başa düşmək çox vacibdir. Bu bilik sizi daha çox məlumatlı və ticarətinizə hazır hiss etdirəcək.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.