Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance-ın bu layihələr ilə heç bir əlaqəsi yoxdur və bu layihələr üçün təsdiqi yoxdur. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasını ifadə etmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Mem koinləri bitcoin (BTC) və ether (ETH) kimi əsas kriptovalyutalardan daha dəyişkən olmağa meyilli olan memlər əsasında yaradılmış kriptkriptovalyutalardır.
Mem koinləri adətən aşağı qiymətlərinə, icma tərəfindən idarə olunan xüsusiyyətinə, sosial media vasitəsilə aktiv marketinqinə görə populyarlıq və tanınmış şəxslərin dəstəyini qazanır.
Mem koinləri tez-tez inflyasiya tokenomikası, yüksək dəyişkənlik və yüksək "rug pull" potensialı səbəbindən nəzərəçarpacaq risklər daşıyır.
Giriş
Mem koinləri kriptovalyuta bazarının əhəmiyyətli bir hissəsidir, sürətli və gözlənilməz qiymət dəyişkənliklərinə görə tanınırlar. Onlar tez-tez internet memləri və zarafatlarından ilhamlanır, sosial media və onlayn icmalar vasitəsilə populyarlıq qazanırlar. Bu məqalədə biz mem koinlərinin nə olduğunu, nə üçün belə populyarlıq qazandığını və onlarla əlaqədar potensial risklərlə tanış olacağıq.
Mem koinləri nədir?
Mem koinləri internetdə və sosial mediada memlərdən və ya zarafatlardan ilhamlanan kriptovalyutalardır. İlk mem koini Dogecoin (DOGE) olub. 2013-cü ildə parodiya kimi təqdim edilən DOGE, Kabosu adlı yapon Şiba İnu it cinsinin məşhur Doge memindən ilhamlanıb.
Mem koinləri yüksək dərəcədə dəyişkəndir olur. Onlar əsasən icma tərəfindən idarə olunur və onlayn icma bəyənmələri və FOMO sayəsində bir gecədə populyarlıq qazana bilər. Yenə də treyderlər diqqətlərini növbəti mem koinə yönləndirən zaman onların qiyməti gözlənilmədən düşə bilər.
Mem koinlərinin digər səciyyəvi xüsusiyyəti onların böyük və ya limitsiz tədarükdür. Məsələn, Shiba Inu (SHIB) cəmi 1 kvadrilyon token ümumi tədarükünə malik olsa da, DOGE isə maksimum tədarükə malik deyil. Mem tokenlərinin ümumiyyətlə koin yandırma (koinlərin dövriyyədən çıxarılması) mexanizmi olmadığı üçün böyük tədarük onların nisbətən aşağı qiymətini izah edir.
Mem koinləri nə üçün belə məşhurdur?
COVID-19 pandemiyası dövründə kriptovalyuta bazarı böyüdükcə, pərakəndə investorlar inflyasiyadan qorunmağın yollarını axtardılar. Aldadıcı reklam edilən zaman mem koinləri həm bazar kapitalizasiyası, həm də çeşid baxımından artaraq böyüdü. Bu fenomen, Reddit icmasının bu aktivlərin qiymətlərini əhəmiyyətli dərəcədə artırdığı "GameStop (GME)" və "AMC Entertainment (AMC)"-in cəlb olunduğu "mem stok" dastanından sonra yüksəliş yaşadı.
Bundan ilhamlanaraq, insanlar GME-nin kriptovalyuta ekvivalentini yaratmaq üçün Dogecoin-in (DOGE) qiymətini artırmaq haqqında zarafatlar etməyə başladı. Bu tendensiya Tesla-nın idarə heyətinin sədri Elon Musk kimi tanınmış şəxslərin dəstəyi ilə birlikdə DOGE-nin qiymətində əhəmiyyətli bir artıma səbəb oldu.
Treyderlər DOGE-nin uğurunu təkrarlamaq ümidi ilə Shiba Inu (SHIB) kimi digər mem koinlərini araşdırmağa başlayanda mem koinləri ilə əlaqədar həyəcan daha da artdı. Mem koinləri pərakəndə investorların diqqətini cəlb etdi, çünki onlar çox münasibdir, çox vaxt qiyməti bir neçə sentə və ya hətta sent hissələrinə bərabər olur. Bu isə treyderlərə minlərlə, hətta milyonlarla token saxlamağa imkan verir ki, bu da ETH və ya BTC kimi əsas kriptovalyutaların hissələrini saxlamaqdan fərqlidir.
Mem koini ajiotajına həm də icma və bazar duyarlılığı səbəb olur. Mem koinləri populyar internet memlərindən ilhamlanıb və icmaları üçün "daxili zarafatlar" kimi xidmət edərək, gülməli olması nəzərdə tutulub. Mem koinlərinin alınması bu icmalar üçün dəstək göstərmək yolu kimi görünə bilər.
Mem koinlərinin institusionallaşdırılması 2024-cü ildə onların populyarlığını xeyli dərəcədə artırdı. Əsas hadisə VanEck tərəfindən altı ən böyük mem koinini (2024-cü ilin mayından etibarən DOGE, SHIB, PEPE, WIF, FLOKI və BONK) bazar kapitalına görə izləyən mem koini indeksinin işə salınması oldu.
VanEck mem koini indeksi mem koinlərinin görünmə dərəcəsini artırdı və fondları onu sınamağa və ondan üstün olmağa təşviq edirərək, aktivlərin idarə edilməsi sahəsində bençmark rolunu oynayır. Bundan əlavə, Bloomberg kimi kanallara mem koini etiketlərinin daxil edilməsi mem koinləri haqqında daha çox məlumat yaymağa və daha çox treydinq fəaliyyəti cəlb etməyə kömək etdi.
Kriptovalyuta İcması üçün mem koinlərinin mənası nədir?
Dogecoin (DOGE) kimi əksər mem koinləri ədalətli paylama modeli ilə təqdim edildi, yəni onlar layihə təsisçilərinə əvvəlcədən verilmədən və ya mühüm erkən ayırmalar olmadan ictimaiyyət üçün əlçatan idi. Bu, açıq girişi və cəmiyyət tərəfindən idarə olunan artımı qiymətləndirən bir çox kriptovalyuta həvəskarlarının fikirləri ilə üst-üstə düşür. Bu təqdimatların mərkəzləşdirilməmiş xüsusiyyəti cəmiyyətdə sahiblik və iştirak hissi formalaşdırır.
Lakin buna baxmayaraq, bütün layihələr eyni prinsiplərə əməl etmir. Bəzi mem koinləri əvvəlcədən yaradılır, tokenlərin əhəmiyyətli bir hissəsi ictimaiyyətə paylamazdan əvvəl yaradıcılar və ya erkən investorlar üçün ayrılır. Bu, tez-tez şəffaflıq və ədalətliliklə bağlı problemlərə səbəb olur, çünki bu, bir neçə şəxsə və ya qrupa koin tədarükünün əhəmiyyətli bir hissəsinə nəzarət etməyə imkan verə bilər. Məsələn, Shiba Inu (SHIB) kimi koinlər yaradıcıları tərəfindən istifadə edilən ayırma strategiyalarına görə qarışıq reaksiyalar ilə üzləşib.
Mərkəzləşdirilməmiş mem koinləri cəmiyyət tərəfindən daha müsbət qarşılanır, çünki onlar kriptovalyuta hərəkatının əsasını təşkil edən mərkəzsizləşdirmə və ictimaiyyətin iştirakı prinsiplərini təcəssüm etdirir. Əksinə, mərkəzləşdirilmiş mem koinləri manipulyasiya və ədalətsiz təcrübələrin potensial riskləri səbəbindən tez-tez tənqidlə üzləşir.
Mem koinlərə investisiya qoymağın potensial riskləri
Tokenomika
Birincisi, mem koinlərinin tokenomikası problemli ola bilər. Məsələn, Bitcoin-in blokçeyni, müvafiq şəkildə yazılmış ağ kağızı, təsis edilmiş ekosistemi və proqnozlaşdırıla bilən emissiya dərəcəsi var.
Bunun əksinə, əksər mem koinləri inflyasiyaya məruz qalır və maksimum tədarükü yoxdur. Onların ekosistemi, istifadə halları və əsasları icmalarının kollektiv zarafatlarına əsasən müəyyən edilir.
Dəyişkənlik
Mem koinləri cəmiyyət tərəfindən idarə edilir və adətən böyük bazarın kapitalizasiya kriptovalyutaları ilə müqayisədə daha dəyişkəndir. Qiymətləri isə məşhurların şillinq və ya FOMO etməsi ilə təsadüfən qalxa, yaxud ictimaiyyət növbəti mem koinə keçməyə qərar verəndə gözlənilmədən düşə bilər.
"Rug Pull" hadisələri
"Rug pull" hadisələri mem koini bazarında mühüm bir riskdir, burada tərtibatçılar layihəni tərk edir və investorların vəsaitlərini götürüb qaçır. Təəssüflər olsun ki, belə fırıldaqçılıq halları çox yayılıb və illər ərzində dəfələrlə baş verib.
Mem Koini ilə bağlı "rug pull" hadisələrinə nümunələr
Aşağıda mem koini ilə bağlı "rug pull" hadisələrinə aid bəzi nümunələr verilib.
SQUID: eyni adlı populyar Netflix şousundan ilhamlanmış 2021 mem koini, şounun populyarlığına görə qəfil məşhurluq qazandı. Lakin tərtibatçı komanda layihəni tərk etdi, istifadəçilərin vəsaitlərini itirməsinə səbəb oldu.
BALD: 2023-cü ilin iyulunda BALD mem koini tərtibatçı Coinbase Layer-2 Base şəbəkəsində koindən bütün likvidliyi çəkdiyi zaman BALD mem koini "rug pull" hadisəsi ilə üzləşdi və bu, tokenin dəyərinin sıfıra enməsinə səbəb oldu.
MetaSwap: 2024-cü ilin əvvəlində MetaSwap tokeni investorlar üçün əhəmiyyətli itkiyə səbəb olaraq "rug pull" ilə üzləşdi. Tərtibatçılar qəfildən likvidliyi nağdlaşdıraraq investorlar üçün sadəcə dəyərsiz tokenləri saxladılar.
URF: 2024-cü ilin mart ayında URF mem koinini dəstəkləyən komanda 450 000 dollarlıq önsatışdan sonra yoxa çıxdı və investorlara dəyərsiz tokenlər qaldı. Boksçu və sosial media inflüenser Bryus Hall tərəfindən reklam olunan komanda, tokenlər satışa buraxıldıqdan sonrakı 24 saat ərzində yoxa çıxdı.
Mem koinlərinə investisiya edərkən riskləri necə azaltmaq olar?
Mem koinlərinə investisiya etmək dəyişkənlik və cəmiyyət tərəfindən idarə olunmasına görə yüksək dərəcədə şübhəli və riskli ola bilər. Lakin bu strategiyalardan istifadə edərək riskləri azalda bilərsiniz:
Öz Tədqiqatını Apar (DYOR): mem koinlərinə investisiya etməzdən əvvəl layihə haqqında araşdırma aparmaq vacibdir. Mümkün olan zaman layihənin arxasında dayanan komandanı, onların məqsədini, ağ kağızını, yol xəritəsini və ümumi cəmiyyət duyarlılığını yoxlayın.
Tokenomikanı anlayın: mem koininin tədarük dinamikasına yaxından diqqət yetirin. Limitsiz və ya həddindən artıq yüksək tədarükləri olan koinlər potensial devalvasiyaya səbəb olaraq, inflyasiya təzyiqləri ilə üzləşə bilər. Token paylamasını, yandırma və ya steykinq kimi istənilən mexanizmi başa düşmək koinin uzunmüddətli fəaliyyətinə dair anlayışlar verə bilər.
Portfelinizi şaxələndirin: bütün vəsaitlərinizi bir mem koininə qoymaqdan çəkinin. Diversifikasiya riskin müxtəlif aktivlər arasında yayılmasına kömək edə bilər. İnvestisiya portfelinizi bitcoin (BTC), ether (ETH), SOL və BNB kimi daha qərarlaşmış kriptovalyutalarla balanslaşdırmağı nəzərə alın.
Xəbərdar olun: mem koinlərinə sosial media tendensiyaları və xəbərlər çox təsir edir. İnvestisiyalarınızla əlaqədar ən son hadisələr və yenilikləri izləyin. Google Alerts kimi vasitələrdən istifadə edə, müvafiq sosial media qruplarına qoşula və kriptovalyuta məkanında nüfuzlu şəxsləri izləyə bilərsiniz.
Stop-itki sifarişləri təyin edin: qiymət müəyyən bir səviyyədən aşağı düşərsə, mem koinlərinizi avtomatik satmaq üçün stop-itki sifarişlərindən istifadə etməyi nəzərinizdə tutun. Stop-itki sifarişləri sizi mühüm itkilərdən qoruya bilər.
Qeyri-iradi qərarlardan çəkinin: yalnız itkisini qarşılaya biləcəyinizə investisiya qoyun və FOMO (itirmək qorxusu) kimi emosiyaların səbəb olduğu qeyri-iradi qərarlar verməyin. Mem koinləri ilə bağlı şişirdilmiş xəbərlər impulsiv alış qərarlarına səbəb ola bilər. Bir az gözləyin və həyəcana qapılmaqdansa, araşdırmalarınıza əsaslanaraq investisiyanın məqbul olub-olmadığını qiymətləndirin.
Mem koini ilə əlaqədar "rug pull" hadisələrindən necə yayınmaq olar?
Likvidliyi nəzərdən keçirin: sağlam likvidlik hovuzu istənilən kriptovalyutanın sabitliyi üçün vacibdir. Maraqlandığınız mem koinin likvidliyinin kilidlədiyindən, yəni tərtibatçıların vəsaitləri asanlıqla nağdlaşdıra bilməyəcəyindən əmin olun. Unicrypt kimi xidmətlər likvidlik kilidinin statusunu yoxlamaq üçün istifadə edilə bilər.
Smart müqaviləni yoxlayın: texniki bilikləriniz varsa, layihənin smart müqaviləsini nəzərdən keçirin. Tərtibatçılara limitsiz tokenləri əvvəlcədən yaratmağa və ya böyük miqdarda vəsait transfer etməyə imkan verən funksiyalar kimi qırmızı bayraqlar axtarın. Alternativ olaraq, CertiK və ya Hacken kimi reputasiyalı təhlükəsizlik şirkətlərindən üçüncü tərəf auditləri axtarın.
Komandanı yoxlayın: anonim bir komanda qırmızı bayraq ola bilər. Kriptovalyuta dünyasında anonimlik ümumi bir hal olsa da, fırıldaqçılar tərəfindən iz buraxmadan yoxa çıxmaq üsulu kimi də istifadə edilə bilər. Sənayedə doğrulana bilən izləmə qeydlərinə malik şəffaf və etibarlı komandaları olan layihələr axtarın.
İcmanın iştirakını qiymətləndirin: güclü və aktiv icma qanuni layihənin əlaməti ola bilər. İcmanın duyarlılığını və fəaliyyətini dəyərləndirmək üçün Discord, Telegram və ya Twitter kimi platformalarda onlarla əlaqə saxlayın. Saxta izləyicilər və ya qeyri-adi yüksək məbləğdə şillinqi olan layihələrdən ehtiyatlı olun.
Layihənin iş sxemini yoxlayın: qanuni layihələrin adətən inkişaf məqsədləri və vaxt qrafiklərini əks etdirən hərtərəfli iş sxemi var. Vədlərinə vaxtında əməl edib-etmədiklərinə baxmaq üçün layihənin faktiki gedişatını iş sxemi ilə müqayisə edin. Qeyri-real vədlər verən və ya əsas mərhələləri tez-tez gecikdirən layihələr şübhəli ola bilər.
Qırmızı bayraqları axtarın: texnologiya və ya istifadə halları haqqında əsaslı məlumat təqdim etmədən aldadıcı reklamlar və məşhurların bəyənmələrinə əsaslanan layihələrdən ehtiyatlı olun. Məhdud vaxtlı təkliflər və ya zəmanətli gəlirlər kimi yüksək təzyiq edən taktikalar çox vaxt fırıldaqçılıq əlamətləridir.
Bu təlimatlara əməl etməklə və sağlam skeptizm səviyyəsini qorumaqla, mem koinləri mənzərəsini daha yaxşı idarə edə və "rug pull" kimi potensial fırıldaqlardan yayına bilərsiniz. Həmişə yadda saxlayın ki, kriptovalyutalara, xüsusən də mem koinlərə investisiya etmək xeyli risk daşıyır və yalnız gücünüzün yetdiyi pulları yatırmaq vacibdir.
Populyar mem koinlərinə ümumi baxış
2024-cü ilin iyunundan etibarən, mem koinlərinin ümumi bazar kapitalizasiyası təxminən 63 milyard dollardır. CoinMarketCap məlumatlarına uyğun olaraq, ilk 6 mem koini DOGE, SHIB, PEPE, WIF, BONK və FLOKI–dir.
Dogecoin (DOGE)
Dogecoin (DOGE) 2013-cü ildə proqram təminatı mühəndisləri Billy Markus və Jackson Palmer tərəfindən yaradılmışdır. O, Şiba İnu it cinsinin memindən ilhamlanıb və əsas diqqəti cəlb etmək üçün zarafat kriptovalyutası kimi nəzərdə tutulub. Litecoin-in (LTC) çəngəli kimi, DOGE eyni İş sübutu (PoW) mexanizmini özünə uyğunlaşdırır və maksimum tədarükə malik deyil.
DOGE haqqında daha ətraflı ümumi baxış üçün Dogecoin nədir? bölməsini nəzərdən keçirin
Shiba Inu (SHIB)
Shiba Inu (SHIB) DOGE-nin rəqibidir və çox vaxt "Dogecoin qatili" adlandırılır. SHIB həmçinin yapon it cinsinin adını daşıyır. O, 2020-ci ilin avqustunda Ryoşi adlı anonim tərtibatçı tərəfindən yaradılmışdır. DOGE və SHIB arasındakı əsas fərq ondan ibarətdir ki, sonuncunun məhdud tədarükü 1 kvadrilyon tokendir ki, bunun da 50%-i yandırılıb və xeyriyyə təşkilatına bağışlanıb. SHIB-in ekosisteminə həmçinin mərkəzdən kənar mübadilə, NFT incəsənət inkubatoru, NFT-lər və NFT oyunu daxildir.
SHIB və onun ekosistemi haqqında daha çox öyrənmək üçün Shiba Inu (SHIB) nədir? bölməsini nəzərdən keçirin
Pepe (PEPE)
Pepe (PEPE) məşhur internet mem obrazı "Pepe the Frog"-dan ilhamlanmış mem koinidir. 2023-cü ilin aprelində satışa çıxarılan PEPE, internet mədəniyyəti həvəskarları üçün yumoristik və nostalji cəlbediciliyinə görə tez bir zamanda populyarlıq qazanıb. PEPE 420 trilyon token dövriyyə kütləsinə malikdir.
Dogwifhat (WIF)
Dogwifhat (WIF) 2023-cü ilin sonlarında satışa çıxarıldığı vaxtdan bəri nəzərəçarpacaq dərəcədə diqqətçəkən mem koinidir. Faydalılığa doğru yönələn bəzi mem koinlərindən fərqli olaraq, Dogwifhat sırf mem yönümlü token olaraq qalır.
FLOKI (FLOKI)
FLOKI (FLOKI) İlon Maskın Şiba İnu it cinsindən ilhamlanmış mem koinidir. Real faydalılığa malik memlerin birləşdirilməsi məqsədi ilə FLOKI NFT bazar yerlərini, NFT kolleksiyalarını və steykinqi ehtiva edən ekosistemə malik bir layihəyə çevrildi.
Bonk (BONK)
Bonk (BONK) Solana blokçeynində it temalı mem koinidir. 2022-ci ildə istifadəyə verilən BONK, ümumi tədarükünün 50%-i Solana icmasına göndərildikdən diqqət çəkdi.
Milady Mem Koini (LADYS)
Milady Mem Koini (LADYS) 2023-cü ilin mayında satışa çıxarılıb. Milady NFT kolleksiyasından ilhamlanan LADYS mem koinlərini NFT-lərin artan populyarlığı ilə birləşdirməyi hədəfləyir. LADYS koininin ümumi tədarükü 888 trilyon tokendir.
Mem koinlərini necə almaq olar?
Binance kimi kriptovalyuta birjalarında DOGE, SHIB, PEPE və WIF kimi daha məşhur mem koinləri ala bilərsiniz. Daha az tanınmış meme koinləri üçün mərkəzdən kənar mübadilələrə gedə bilərsiniz. Nümunə kimi DOGE koinini götürək.
1. Binance hesabınıza daxil olun. Spot bazarı səhifəsini seçmək üçün üst zolaqda [Ticarət] bölməsinə keçin.
2. Ekranın sağ tərəfində mövcud treydinq cütlərinin siyahısını görmək üçün axtarış zolağında "DOGE" yazın. DOGE/FDUSD-ni nümunə kimi istifadə edəcəyik. Treydinq səhifələrini açmaq üçün "DOGE/FDUSD" üzərinə klikləyin.
3. [Spot] xanasına aşağı sürüşdürün və tərcih edilən sifariş növünü seçin. Bu nümunədə bazar sifarişindən istifadə edəcəyik. Almaq istədiyiniz DOGE məbləğini daxil edin və sifarişi təsdiqləmək üçün [DOGE al] üzərinə klikləyin. Sifariş icra olunanda, satın aldığınız DOGE koinini Binance Spot pul kisənizdə görəcəksiniz.
Yekun qeydlər
Bazara hər gün yeni mem koinləri daxil olur və treyderlər DOGE və SHIB tərəfindən alınan mənfəəti təkrarlamaq ümidi ilə, hər hansı mem koinə pul yatırmazdan əvvəl öz tədqiqatınızı aparmaq (DYOR) vacibdir. Unutmayın ki, mem koinləri digər rəqəmsal valyutalar ilə müqayisədə yüksək dərəcədə dəyişkəndir. Kriptovalyutalar ilə treydinq və ya investisiya etmək yüksək risk daşıyır. Mem koinləri daha çox icma tərəfindən idarə edilir və gözlənilmədən dəyərdən düşə bilər, ona görə də, itirə bilməyəcəyiniz məbləğdə investisiya yatırmamalısınız.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatların məqsədi nə də hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etməkdir. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Daha ətraflı məlumat üçün məsuliyyətdən imtina bölməsinin tam mətnini burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün bizim İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə daxil olun.