Əsas səhifə
Lüğət
Tranzaksiya ID-si (TXID)

Tranzaksiya ID-si (TXID)

Orta

Tranzaksiya ID-si nədir? 

Tranzaksiya ID-si (TXID) və ya tranzaksiya heşi blokçeyndə hər bir tranzaksiyanı etiketləyən identifikasiya nömrəsi kimi qəbul edilə bilər. O, doğrulana və blokçeynə əlavə edilə bilən unikal simvollar sətridir.

Tranzaksiya blokçeynə əlavə edildikdə onun üçün unikal Tranzaksiya ID-si təyin edilir. Tranzaksiya ID-si göndərənin ünvanı, qəbul edənin ünvanı və göndərilən kriptovalyutanın məbləği daxil olmaqla tranzaksiya məlumatlarına heş funksiyası tətbiq etməklə yaradılır.

İstifadə olunan blokçeyndən asılı olaraq tranzaksiyanı blok eksplorerdə tranzaksiya ID-sini axtarmaqla tapa biləcəksiniz. Tranzaksiya ID-ləri tranzaksiyaların doğrulanması, qeydlərin saxlanılması və nasazlıqların aradan qaldırılması üçün yararlıdır. 

Tranzaksiya ID-sinə nümunələr

İlk Bitcoin tranzaksiyasının ID-si

Bu, Satoşi Nakamoto tərəfindən Hal Finniyə göndərilmiş ilk Bitcoin tranzaksiyasının ID-sidir:

F4184fc596403b9d638783cf57adfe4c75c605f6356fbc91338530e9831e9e16

Bitcoin Pizza tranzaksiyasının ID-si

Bu, məşhur Bitcoin Pizza tranzaksiyasının ID-sidir:

Cca7507897abc89628f450e8b1e0c6fca4ec3f7b34cccf55f3f531c659ff4d79

Bitcoin tranzaksiya ID-ləri yaratmaq üçün SHA-256 (Təhlükəsiz Heş Alqoritmi 256-bit) kriptoqrafik heş funksiyasından istifadə edir. Bu funksiya tranzaksiya məlumatlarını giriş məlumatı kimi qəbul edir və 64 simvoldan ibarət olan onaltılıq ədəd kimi verilmiş 256 bitlik heş verir.

Tranzaksiya ID-lərini kopiyalayıb blockchain.com və ya blockchair.com kimi Bitcoin blok eksplorerinə əlavə etməklə bu tranzaksiyaları özünüz axtara bilərsiniz. 

Tranzaksiya ID-nizi harada tapa bilərsiniz? 

Tranzaksiya ID-lərinə blokçeyn eksplorerləri vasitəsilə daxil olmaq mümkündür və bütün əlaqədar tranzaksiya məlumatları hər kəs tərəfindən görünür. Bu şəffaflıq o deməkdir ki, istənilən şəxs konkret tranzaksiya və ya ünvanla bağlı bütün məlumatları yoxlaya bilər. Bu ID-lər göndərənin və qəbul edənin real şəxsiyyətlərini açıq şəkildə müəyyən etməsə də potensial olaraq bu əlaqələri qurmağa imkan verən üsullar var.

Mərkəzləşdirilmiş mübadilələrdə tranzaksiya ID-lərini harada tapmaq olar 

Binance kimi mərkəzləşdirilmiş mübadilədən (CEX) kriptovalyuta nağdlaşdırdığınız zaman platforma sizə nağdlaşdırma tranzaksiyanızın ID-sini göstərəcək. Binance-da onu Tranzaksiya tarixçənizdə tapa bilərsiniz. Seçilmiş nağdlaşdırma üçün tranzaksiya ID-si üzərinə kliklədiyiniz halda, həmin blokçeynin blok eksplorerində müvafiq tranzaksiyaya yönləndiriləcəksiniz.

Yanlış ünvana (və ya blokçeynə) pul göndərdiyiniz halda nağdlaşdırma tarixçənizdəki tranzaksiya ID-si vəsaitlərinizi bərpa edə bilib-bilməyəcəyinizi araşdırmağa başlamaq üçün vacibdir. Lakin bərpa edə biləcəyinizə zəmanət verilmir və ən yaxşı üsul vəsaitlərinizi göndərdiyiniz platformada dəstək xidməti ilə əlaqə saxlamaqdır.