Pul bazarları

Orta

Pul bazarları nədir?

Pul bazarları insanların və təşkilatların qısamüddətli maliyyə alətlərini ticarət etdiyi yerlərdir. Xəzinə vekselləri və depozit sertifikatları (CD) kimi alətlərin ödəniş vaxtı adətən bir ildən az müddətə çatır. 
Pul bazarlarına qısamüddətli borc alma və borc vermə ehtiyaclarını qarşılamaq üçün müraciət edə biləcəyiniz bir yer kimi baxmaq olar. Onların hamısı likvidliyi təmin etmək və nağd pul axınını idarə etmək üçün nəzərdə tutularaq, hökumətlərə, banklara və irimiqyaslı bizneslərə həddindən artıq risklə üzləşmədən öz maliyyə vəziyyətlərinə nəzarət etməyə kömək edir.

Pul bazarlarının iş prinsipi necədir?

Pul bazarları qısa müddətə nağd pula ehtiyacı olan şəxsləri borc vermək imkanı olan şəxslərlə əlaqələndirir. Onların əsas iştirakçıları adətən banklar, iri korporasiyalar və hökumətlərdir. Pul bazarlarının əsas mahiyyəti pulun iqtisadiyyatda əngəlsiz hərəkətini və hər kəsin ehtiyac duyduğu vəsaitləri çox çətinlik çəkmədən əldə edə bilməsini təmin etməkdir.

Beləliklə, pul bazarlarını üç əsas aspektdə təsvir edə bilərik:

  • Qısamüddətli: burada ticarət edilən aktivlərin istifadə müddəti adətən bir ildən azdır.
  • Aşağı riskli: kreditlər və qiymətli kağızlar qısa müddətə verildiyi üçün onlar aşağı riskli hesab olunur.
  • Yüksək likvidlikli: pulunuzu tez bir zamanda nağdlaşdıra bilərsiniz, bu da, tez bir zamanda vəsaitə ehtiyacınız olan hallar üçün əla variantdır.

Pul bazarının məşhur alətləri

Pul bazarlarında ən çox istifadə edilən alətlərin bəziləri aşağıdakılardır:

  1. Xəzinə vekselləri (T-bill): ödəniş vaxtı bir il ərzində çatan və hökumət tərəfindən buraxılmış qiymətli kağızlar.
  2. Depozit sertifikatları (CD): bunlar banklar tərəfindən təklif edilən dəyişməz faiz dərəcəsinə malik sabit müddətli depozitlərdir.
  3. Kommersiya vekselləri: şirkətlər tərəfindən verilən və onların gündəlik xərclərini ödəmək məqsədi daşıyan qısamüddətli kreditlər.
  4. Geri satınalınma hüquqlu sazişlər (Repo): borcalanın qiymətli kağızı satdığı və onu bir qədər yüksək qiymətə geri almağa razılaşdığı və mahiyyətcə qısamüddətli kreditlər.
  5. Bank akseptləri: bunlar bank tərəfindən dəstəklənən IOU (sənə borcluyam) növlü sənədlər olub, tez-tez beynəlxalq ticarətdə istifadə edilir.

Pul bazarları nə üçün vacibdir?

Pul bazarları maliyyə sisteminin əngəlsiz işinin təmin edilməsində mühüm rol oynayır. Onlar qurumları nağd pula cəld giriş verir ki, bu da faiz dərəcələrini sabitləşdirməyə və iqtisadi qeyri-stabilliyin qarşısını almağa imkan verir. ABŞ-nin Federal Ehtiyat Sistemi kimi mərkəzi banklar da qısamüddətli faiz dərəcələrinə təsir etmək və inflyasiyaya nəzarət etmək üçün pul bazarlarından istifadə edirlər.

Başqa sözlə desək, pul bazarları səmərəli fəaliyyət göstərdikdə, onlar bankların, şirkətlərin və hökumətlərin iqtisadi sabitliyə töhfə verərək qısamüddətli maliyyə ehtiyaclarını yerinə yetirməsini təmin edir.

Pul bazarlarının kriptovalyuta ilə hansı əlaqəsi var?

Rəqəmsal valyutalar populyarlıq qazandıqca, pul bazarları kimi ənənəvi bazarlar və kriptovalyutalar kimi daha yeni bazarlar arasında potensial üst-üstə düşmə ilə bağlı çoxlu müzakirələr aparılıb.
  1. Stabilkoinlər: bunlar ABŞ dolları kimi ənənəvi valyutaların stabilliyini təqlid etmək üçün nəzərdə tutulmuş kriptovalyutalardır. Bir çox stabilkoinlər öz dəyərini ehtiyatlarla dəstəkləyir ki, bu da pul bazarlarının qısamüddətli aktivlərdən istifadə etməsinə bənzərdir. Bu, qiyməti stabil saxlamağa kömək edir və digər kriptovalyutalarda tez-tez görülən həddindən artıq dəyişkənliyi minimuma endirir.
  2. Likvidlik və risklərin idarəedilməsi: pul bazarlarının pul axınını idarə etməyə və ənənəvi maliyyədə riski azaltmağa kömək etdiyi kimi, bəzi yeni kriptovalyuta layihələri də mərkəzdən kənar maliyyədə (DeFi) eyni şeyi edir. Blokçeynə əsaslanmış borc vermə və borc alma platformaları pul bazarlarının funksiyasına oxşar funksiya yaratmağa çalışır, lakin onlar daha yüksək risk daşıyır.
  3. Tənzimləmə və stabillik: kriptovalyuta əsas tendensiyaya çevrildikcə, biz onun pul bazarlarını tənzimləyən qaydalara oxşar qaydaları getdikcə daha çox qəbul edəcəyini gözləyirik. Bu, daha çox stabilliyə və tədricən dünyanın hər yerində istifadəçilərin sayının artmasına səbəb ola bilər.

Nəticə

Pul bazarları qlobal maliyyə sisteminin əsas hissəsidir və əsas iştirakçılara qısamüddətli maliyyələşdirməni minimum risklə idarə etməyə kömək edir. Onlar banklar, bizneslər və hökumətlər üçün likvidliyin özülünü təşkil edir. Eyni zamanda, kriptovalyutalar yeni borc alma, borc vermə və investisiya yolları təklif edir. Stabilkoinlər və DeFi platformaları iki dünyanı bir araya gətirdikcə, ənənəvi pul bazarlarının və kriptovalyuta məkanının gələcəkdə bir-birinə necə təsir etdiyini görmək maraqlı olacaq.

Ətraflı öyrənin: Pul bazarları nədir?
Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.