Maliyyələşdirmə dərəcəsi müsbətdirsə, uzun mövqelərə sahib treyderlər qısa mövqelərə sahib treyderlərə komissiya ödəyir. Maliyyələşdirmə dərəcəsi mənfidirsə, bunun əksi baş verir, yəni qısa mövqelərə sahib treyderlər uzun mövqelərə sahib treyderlərə komissiya ödəyir. Bu mexanizm stabilliyi saxlamağa və fyuçerlər və spot bazarları arasında nəzərəçarpacaq qiymət ayrılmasının qarşısını almağa kömək edir.
Maliyyələşdirmə dərəcələri bir neçə səbəbdən vacibdir:
Hər bir birja maliyyələşdirmə dərəcələrini bir qədər fərqli şəkildə hesablayır, lakin onlar, ümumiyyətlə, faiz dərəcəsindən və qiymət fərqi indeksindən istifadə edir. Adətən, bu dərəcələr dövri olaraq yenilənir (məs., hər 8 saatdan bir). Treyderlər ticarətlərini planlaşdırmaq və gözlənilməz komissiyalardan qaçmaq üçün cari və proqnozlaşdırılan maliyyələşdirmə dərəcələrini yoxlaya bilərlər.
Treydersinizsə, maliyyələşdirmə dərəcələrini bilmək ticarət xərclərinizi idarə etmək üçün vacibdir. Məsələn, bazarda qiymətlərin ümumi yüksəliş tendensiyası (buğa bazarı) müşahidə olunursa və maliyyələşdirmə dərəcəsi yüksəkdirsə, siz uzun mövqenin saxlanması üçün daha çox komissiya ödəməli olacaqsınız. Digər tərəfdən, bazarda qiymətlərin ümumi eniş tendensiyası (ayı bazarı) müşahidə olunursa, uzun mövqenin saxlanması sizə maliyyələşdirmə komissiyası qazanaraq, mənfi dərəcələrdən yararlanmaq imkanı verə bilər.
Maliyyələşdirmə komissiyaları cüzi detal olsa da, onlar kriptovalyuta fyuçerləri bazarının stabil saxlanmasında və treyderlərə bazar əhval-ruhiyəsinə dair məlumat verilməsində böyük rol oynayır. Daimi müqavilələr alıb-satırsınızsa, gözlənilməz xərclərin qarşısını almaq və ticarət strategiyanızı təkmilləşdirmək üçün bu dərəcələrə diqqət yetirmək çox vacibdir.