Əsas diqqət yetiriləcək məqamlar
İnskripsiyalar blokçeyndə tranzaksiya nəticələrinə əlavə edilmiş metadata hissələridir.
Binance İnskripsiya marketpleysi inskripsiya tokenlərinin treydinq və zərb edilməsi üçün platformadır.
Bu təlimat Binance İnskripsiya marketpleysini təqdim edəcək və ondan istifadə etməyə necə başlaya biləcəyinizi göstərəcək.
Giriş
Binance İnskripsiya marketpleysi istifadəçilərin öz inskripsiyalarını yarada və BRC-20 tokenləri, Ethereum virtual maşını (EVM) tokenləri və daha çoxu daxil olmaqla 60 000-dən çox inskripsiya tokeni ilə ticarət edə biləcəyi platformadır.
İndi gəlin inskripsiyaların və Binance İnskripsiya marketpleysinin nə olduğunu, eləcə də inskripsiya tokenlərinin treydinqi üçün ondan necə istifadə edə biləcəyinizi öyrənək.
İnskripsiyalar nədir?
Kriptovalyuta sahəsində inskripsiyalar BTC-nin ən kiçik vahidi olan satoşilərə əlavə edilmiş və ya "yazılmış" məlumat hissələridir. Onlar Bitcoin Ordinals protokolu vasitəsilə Bitcoin blokçeyninin istifadə hallarını genişləndirməklə populyarlıq qazanıb. İnskripsiyalar əsasən blokçeyndə mətn, videolar, şəkillər və s. daxil olmaqla müxtəlif növ məlumatları təmsil edə bilər.
BRC-20 tokenləri inskripsiyaların bir nümunəsidir. Əslində, BRC-20 istifadəçilərin Bitcoin blokçeynində Ordinals Protokolu vasitəsilə dəyişdirilə bilən tokenləri transfer etməyinə imkan verən eksperimental token standartıdır. BRC-20 standartı ilə yaradılmış hər bir token satoşidəki inskripsiyadır.
Binance İnskripsiya marketpleysi nədir?
Binance İnskripsiya marketpleysi Binance Web3 Pul kisəsi daxilindəki platformadır. O, BRC-20 və EVM tokenləri də daxil olmaqla müxtəlif inskripsiyaların ticarəti üçün interfeys təklif edir. Binance İnskripsiya marketpleysi aktivlərin idarə edilməsini asanlaşdıraraq istifadəçilərə bütün inskripsiyaları ilə qarşılıqlı əlaqə yaratmaq üçün vahid mühit təqdim edir.
Həmçinin istifadəçilər İnskripsiya mərkəzindən istifadə edərək bir neçə kliklə öz inskripsiyalarını zərb edə, yerləşdirə və transfer edə bilərlər. Binance İnskripsiya marketpleysinin bu və digər xüsusiyyətləri istifadəçilərə öz inskripsiya tokenlərini problemsiz idarə etmək və onlarla qarşılıqlı əlaqə yaratmaq imkanı verir.
Binance İnskripsiya marketpleysinin iş prinsipi necədir?
Əsasən, Binance İnskripsiya marketpleysi Binance tətbiqi daxilində inskripsiyalar üçün treydinq platformasıdır. İstifadəçilər treydinq sifarişləri yaratmaq üçün inskripsiya tokenlərini öz Binance Web3 Pul kisələri və Binance İnskripsiya marketpleysi arasında köçürə bilərlər. Binance İnskripsiya marketpleysi treydinq təcrübəsini təkmilləşdirmək üçün bir neçə strukturdan istifadə edir.
Platforma BTC tranzaksiya akseleratorunu tətbiq edir. Bu, xüsusilə, şəbəkə sıxlığı dövründə və ya istifadəçi öz komissiyalarını çox aşağı təyin etdikdə tranzaksiyaların təsdiqini sürətləndirən xidmətdir. Beləliklə, mexanizm treydinq gecikmələrini azalda və yüksək prioritetli tranzaksiyaları daha sürətli emal edə bilər.
Binance Marketpleys eyni zamanda UniSat ilə də inteqrasiya olunub. Platforma likvidliyi artırmaq və treydinq üçün geniş çeşidli inskripsiya tokenləri təmin etmək üçün UniSat API-dən istifadə edir. 2024-cü ilin mart ayından etibarən Binance Marketpleys 60 000-dən çox BRC-20 tokeninin alışını, satışını və inskripsiyasını dəstəkləyir.
Binance İnskripsiya marketpleysi ilə işə necə başlamaq olar
Gəlin Binance İnskripsiya marketpleysinin interfeysini nəzərdən keçirək. Sonra inskripsiyaları necə zərb edə biləcəyinizi nəzərdən keçirəcəyik və inskripsiya tokeninin necə alınacağına dair bir nümunə ilə davam edəcəyik.
Binance İnskripsiya marketpleysinə necə daxil olmaq olar
1. Binance hesabınıza daxil olun və [Daha çox] → [Web3 Pul kisəsi] bölməsini tapın.
2. Sonra Binance Web3 Pul kisənizdə [İnskripsiya marketpleysi] bannerini tapın və üzərinə klikləyin.
4. O, sizi Binance İnskripsiya marketpleysinə yönləndirəcək.
5. Treydinq üçün mövcud olan inskripsiya tokenlərinin siyahısını görəcəksiniz. Konkret inskripsiyaları tapmaq üçün axtarış sətrindən istifadə edə bilərsiniz.
6. Yuxarı sağ küncdəki düyməyə klikləməklə inskripsiyaların idarə edilməsi qaydası barədə təlimata daxil ola bilərsiniz.
7. Yuxarı sağ küncdəki digər düyməyə klikləməklə isə sifariş tarixçənizi görə bilərsiniz.
8. İnskripsiya Mərkəzi inskripsiyaları zərb edə, yerləşdirə və transfer edə biləcəyiniz yerdir.
İnskripsiyaları necə zərb etmək olar
1. İlk addım əsas Binance İnskripsiya marketpleysi interfeysindən İnskripsiya Mərkəzini açmaqdır.
2. Sonra şəbəkəni seçin və zərb etmək istədiyiniz inskripsiyanın 4 simvollu etiketini daxil edin. Zərb miqdarını və təkrarların sayını göstərin.
3. Daxil edilmiş məlumatları yenidən yoxlayın və inskripsiyanı zərb etmək üçün [Təsdiq et] düyməsinə klikləyin.
İnskripsiyaları necə almaq olar
1. İnskripsiya tokenini seçməklə başlayın. Bu nümunədə biz piin-dən istifadə edəcəyik.
2. Sonra almaq istədiyiniz inskripsiyanı seçin. Seçiminizi təsdiqləmək üçün [Al] düyməsinə klikləyin.
3. Sifariş təfərrüatlarını diqqətlə yoxlayın və [Təsdiq et] düyməsinə klikləyərək sifarişi tamamlayın.
Yekun qeydlər
Binance İnskripsiya marketpleysi BRC-20 və EVM tokenləri də daxil olmaqla müxtəlif inskripsiyaların yaradılmasına və treydinqinə imkan verən platformadır. Bu bazar yeri istifadəçi üçün rahat interfeysi, hərtərəfli xüsusiyyətləri, habelə BTC tranzaksiya akseleratoru və UniSat kimi xidmətləri ilə istifadəçilərə inskripsiyaların tam potensialını kəşf etmək imkanı verir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatların məqsədi nə də hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etməkdir. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Daha ətraflı məlumat üçün məsuliyyətdən imtina bölməsinin tam mətnini burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün bizim İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə daxil olun.