Bitcoin bankomatları nədir?
Əsas səhifə
Məqalələr
Bitcoin bankomatları nədir?

Bitcoin bankomatları nədir?

Başlanğıc
Yenilənib Sep 26, 2024
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Bitcoin bankomatları (və ya BTM-lər) istifadəçilərin nağd pul və ya debet kartlarından istifadə etməklə bitcoin (və bəzən başqa kriptovalyutalar) almağına və satmağına imkan verir.

  • Kriptovalyuta sahəsində yeni olduğunuz halda, Bitcoin bankomatından istifadə etməzdən əvvəl kriptovalyuta pul kisəsi quraşdırmalısınız.

  • Bitcoin bankomatlarından istifadə etmək asan olsa da, onlar üçün adətən onlayn alternativlərindən xeyli yüksək komissiyalar tələb olunur, xərclər bəzən hər bir tranzaksiya üçün 20%-ə çatır.

Bitcoin bankomatı nədir?

Ənənəvi nağd puldan istifadə etməklə necə bitcoin ala biləcəyinizi heç düşünmüsünüz? Bitcoin bankomatlarından məhz bu məqsədlə istifadə olunur!

Bitcoin bankomatı bitcoin (BTC) üçün avtomatlaşdırılmış bank aparatıdır. O, adətən ictimai yerlərdə olan və nağd ödəniş və ya debet kartı ödənişi müqabilində BTC (və bəzən başqa kriptovalyutalar) almağınıza və ya satmağınıza imkan verir. O, ənənəvi bankomatlar kimidir, ancaq sizi adi bankınız əvəzinə həyəcanlı kriptovalyuta aləmi ilə əlaqələndirir.

Bitcoin bankomatlarının iş prinsipi necədir?

Bitcoin bankomatları olduqca sadədir. Bitcoin almaq üçün aparata nağd pul daxil edirsiniz, pul kisənizin QR kodunu skan edirsiniz və bankomat BTC-ni avtomatik olaraq pul kisəsi ünvanınıza transfer edir. Addımları aşağıda daha ətraflı şəkildə nəzərdən keçirəcəyik, ancaq nəzərə alın ki, hələ kriptovalyuta pul kisəsi quraşdırmamısınızsa, quraşdırmaq lazım olacaq.

Yerindən asılı olaraq Bitcoin bankomatları həm alış, həm də satış xidmətləri təklif edə bilər. Ancaq bəzi Bitcoin bankomatları sizə yalnız alış, digərləri isə yalnız satış imkanı verəcək.

Bankomat bitcoin satmağınıza icazə verdiyi halda, bunu koinləri pul kisənizdən aparatın təqdim etdiyi ünvana göndərməklə edə bilərsiniz. Tranzaksiya blokçeyndə təsdiqləndikdən sonra (bu, bir müddət çəkə bilər) bankomat nağd pulu buraxacaq. Sadəcə istifadə etdiyiniz bankomatın satışı dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirin.

bitcoin atm btm

Bu cür xidmət nə üçün göstərilir? Komissiyalar!

Bitcoin bankomatları rahat ola bilsə də, bu rahatlıq ödənişsiz təmin edilmir. Əksər kriptovalyuta bankomatları olduqca yüksək komissiyalarla işləyir. Onlar hər tranzaksiya üçün 7%-20% komissiya ala bilər və bu, onlayn mübadilə zamanı ödəyəcəyiniz komissiyadan dəfələrlə çoxdur. 

Müqayisə üçün qeyd edək ki, onlayn kriptovalyuta mübadilələri zamanı adətən bank depozitləri və ya kredit kartı ilə alışlar üçün 1%-4% komissiya alınır. Binance-də depozit komissiyaları valyutanızdan, yerinizdən və ödəniş metodunuzdan asılı olaraq 0%-dən 2%-ə qədər dəyişə bilər. Regionunuzda Binance P2P əlçatan olduğu halda kriptovalyutaları çox aşağı komissiyalarla asanlıqla onlayn şəkildə ala və sata bilərsiniz.

Beləliklə, Bitcoin bankomatından istifadə tez və asan olsa da, olduqca bahadır. Bəzi aparatlarda minimum və maksimum tranzaksiya limitləri də mövcuddur. Məsələn, ən azı 10 $ dəyərində bitcoin almalı ola və ya hər bir tranzaksiya üçün maksimum bir neçə min dollar alışla məhdudlaşdırıla bilərsiniz. Həmişə işə başlamazdan əvvəl bu limitləri yoxlayın!

Eyni zamanda sahibinin əlaqə məlumatları göstərilən, qiymət lenti və aydın komissiya cədvəli təqdim edən, son reytinqləri yaxşı olan bankomat seçməyə diqqət yetirməlisiniz. Saxta aparatlar olduğu üçün bu məlumatlar onların həqiqiliyini qiymətləndirməyə kömək edə bilər.

Bitcoin bankomatlarını harada tapa bilərsiniz?

Bitcoin populyarlıq qazandıqca bankomatların sayı da artıb. Hal-hazırda dünyada on minlərlə kriptovalyuta bankomatı var. Bu bankomatların əksəriyyəti ABŞ-də yerləşsə də, digər ölkələrə də yayılmaqdadır. 

Onlara əsasən yanacaqdoldurma məntəqələri, ticarət mərkəzləri və hava limanları kimi yerlərdə rast gələ bilərsiniz. Bitcoin bankomatı axtarırsınızsa, sizə yaxın bankomatı tapmağınıza kömək etməsi üçün Coin ATM Radar kimi onlayn xidmətlərdən istifadə edə bilərsiniz.

bitcoin bankomatlarını harada tapmaq olar

Bitcoin bankomatlarının üstünlükləri və çatışmazlıqları

Üstünlüklər

  • Asan istifadə olunur: onlayn mübadilələrlə məşğul olmadan kriptovalyuta işinə qoşulmaq istəyən yeni başlayanlar üçün əladır.

  • Nağd pulun dəstəklənməsi: bank hesabından istifadə etmədən asanlıqla nağd pulla bitcoin ala bilərsiniz.

  • Nisbətən sürətli: bəzi bank transferlərində olduğu kimi günlərlə gözləməyə ehtiyac yoxdur.

Çatışmazlıqlar

  • Yüksək komissiyalar: rahatlıq müəyyən bir qiymətə başa gəlir və bu qiymət çox vaxt onlayn alternativlərlə müqayisədə çox yüksək olur.

  • Məhdud əlçatanlıq: getdikcə daha çox yayılmış olsa da, yaşadığınız yerdən asılı olaraq hələ də yaxınlıqda Bitcoin bankomatı tapmaqda çətinlik çəkə bilərsiniz.

  • Təhlükəsizlik riskləri: ehtiyatlı olun. Pulla işləyən istənilən aparat kimi Bitcoin bankomatları da oğurluq və ya fırıldaq hədəfi ola bilər. Saxta aparatlar da mövcuddur.

Bitcoin bankomatından necə istifadə etmək lazımdır?

bitcoin atm btm

Sınaqdan keçirmək istəyirsiniz? Bitcoin bankomatından istifadə etməklə bağlı qısa təlimat:

  1. Kriptovalyuta pul kisəsi əldə edin: bitcoin-inizi almaq üçün pul kisəsi ünvanına ehtiyacınız olacaq. QR kod yarada bilən pul kisəsi ünvanınızın (məsələn, Binance tətbiqi və ya Trust Wallet) olduğundan əmin olun.

  2. Bitcoin bankomatı tapın: ən yaxın aparatı tapmaq üçün Coin ATM Radar kimi onlayn yer axtarma xidmətindən istifadə edin. Saxta aparatlara qarşı diqqətli olun. Yaxşı son reytinqləri və aydın məlumatları (sahibinin əlaqə məlumatları, qiymət lenti, komissiyalar və s.) olan bankomat seçin.

  3. Kimliyinizi doğrulayın: bəzi aparatlar telefon nömrənizi və ya kimliyinizi təsdiq edən sənədinizi tələb edə bilər. Bəzi hallarda bu, nə qədər bitcoin aldığınızdan və ya satdığınızdan asılıdır.

  4. Pul kisənizin QR kodunu skan edin: almağa hazır olduğunuz zaman pul kisənizin QR kodunu skan edin ki, aparat bitcoin-i hara göndərəcəyini bilsin.

  5. Ödəniş edin: nağd pulunuzu daxil etmək üçün ekrandakı təlimatlara əməl edin və ya sərf etmək istədiyiniz məbləğ üçün debet kartınızı sürüşdürün.

  6. Tranzaksiyanı təsdiqləyin: blokçeyn tranzaksiyanı təsdiqlədikdən sonra bitcoin pul kisənizdə əks olunacaq. Şəbəkənin nə qədər məşğul olmasından asılı olaraq bir qədər gözləməli ola bilərsiniz.

Bitcoin bankomatından istifadə etməliyəmmi?

Bu, müxtəlif amillərdən asılıdır. Bitcoin bankomatları nağd pulla bitcoin almağın sadə üsulunu axtaranlar üçün yaxşı seçim ola bilər. Ancaq unutmayın ki, təhlükəsizlik riskləri mövcuddur və yüksək komissiyalar alışınızı daha da bahalaşdıra bilər. 

Əksər insanlar üçün Bitcoin bankomatlarının təmin etdiyi rahatlıq onun həddindən artıq yüksək xərclərinə və potensial risklərə dəymir. İlk kriptovalyutanızı müxtəlif valyutalarla çoxsaylı ödəniş metodları təklif edən Binance kimi nüfuzlu mübadilə platformaları vasitəsilə almaq daha ucuz və təhlükəsizdir.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.