Ay
Əsasən güclü artan bazar tendensiyaları müşahidə olunan kriptovalyutanı təsvir etmək üçün feil kimi (aya yüksəlmək) istifadə edilən termindir. İfadənin başqa bir ümumi istifadəsi müəyyən kriptovalyutanın qiymətinin tezliklə əhəmiyyətli dərəcədə artacağına güclü inamı ifadə edən "aya qədər" frazasıdır.
Bir çox digər ixtisaslaşmış sahə kimi maliyyə və kriptovalyuta ekosistemi də çoxsaylı termin və danışıq sözlərinin (jarqon və memlər) yaranmasına səbəb olub. Blokçeyn sahəsi ilə məhdudlaşmasa da, "ay" termini kriptovalyuta icması daxilində – xüsusən də investorlar və treyderlər arasında geniş istifadə olunur.
Həmişə güclü yüksəliş tendensiyasına uyğun gəlmədiyi üçün praktikada bu termin həddindən artıq çox istifadə olunur. Qeyd etmək lazımdır ki, bir çox kriptovalyuta həvəskarı və influenserlər sosial mediada başqalarını inandırmaq üçün bu ifadədən istifadə edərək müəyyən
koin və ya tokenin aya yüksəlmək üzrə olduğunu bildirirlər. Ancaq əslində onların çoxu sadəcə olaraq "öz çantalarını doldururlar", yəni bazarlara öz hissələrinin xeyrinə təsir göstərməyə çalışırlar. Belə bir fenomen xüsusilə 2017-ci ildəki
öküz bazarı zamanı treyderlər, investorlar və hətta əsas medianın
Bitcoin-in qiyməti və yüksələn
kriptovalyuta bazarları ilə bağlı eyforiyaya qapıldığı zaman müşahidə olunub.