Əsas səhifə
Lüğət
Mərkəzləşdirilməmiş muxtar təşkilat (DAO)

Mərkəzləşdirilməmiş muxtar təşkilat (DAO)

İrəli
DAO qısaltması Mərkəzləşdirilməmiş muxtar təşkilat (Decentralized Autonomous Organization) deməkdir. Ümumiyyətlə, DAO mərkəzləşdirilməmiş təşkilatın görəcəyi tədbirləri müəyyən edən sabit kodlu qaydalar sistemidir. Lakin DAO termini konkret olaraq 2016-cı ildə Ethereum blokçeynində konseptuallaşdırılmış "The DAO" adlı təşkilata da aid edilə bilər.

Sadə dillə desək, DAO adi şirkətlərdən fərqli olaraq, açıq mənbə koduna əsaslanan və bütövlükdə öz icması tərəfindən idarə edilən xüsusi növ təşkilata deyilir. Buna görə də, DAO-nun təməl strukturu və iş mexanizmləri heç bir iyerarxik idarəetməyə (bu, ənənəvi bizneslərdə geniş yayılıb) əsaslanmır.

Başqa sözlə desək, DAO-nun nə vahid məsul müəssisəsi, nə də hər hansı idarə heyəti var və adından da göründüyü kimi, mərkəzləşdirilmiş güc yoxdur. DAO-lar kompüterlə kodlaşdırılmış qaydalar (smart müqavilələr) əsasında fəaliyyət göstərir və öz töhfəçiləri və icma üzvləri tərəfindən kollektiv şəkildə idarə olunur. 

Mərkəzləşdirilməmiş təşkilat (DO) ideyası yeni olmasa da, onların bəzi iş mexanizmlərini və funksionallıqlarını avtomatlaşdırmaq üçün smart müqavilələrdən istifadə DAO-nu faydalı və maraqlı konsepsiya edən amildir. Bu cür innovativ struktur müxtəlif növ fəaliyyətlərin tamamilə mərkəzdənkənar və avtomatlaşdırılmış tərzdə icra edilə biləcəyi büsbütün yeni biznes modelinin yaranmasına imkan verir.

DAO modelinin faydalı ola biləcəyinə dair bir neçə diqqətəlayiq istifadə hallarına avtomatlaşdırılmış vəsait toplama kampaniyaları (məsələn, ICO), rəqəmsal tokenlərin buraxılması və aktivlərin tokenizasiyası, eləcə də qərarvermə və təklifə səsvermə sistemləri daxildir. Bundan əlavə, DAO modeli insan iştirakına ehtiyacı azaldaraq daha səmərəli sistemlərin yaradılmasına imkan verir, bu isə öz növbəsində ümumi əməliyyat xərclərini və insan davranışı ilə bağlı riskləri azaldır.

Eynilə Bitcoin-in banklara və digər etibarlı üçüncü tərəflərə olan ehtiyacı aradan qaldıraraq fərdlərarası rəqəmsal iqtisadi sistem yaratması kimi, DAO-ların da smart müqavilələrlə dəstəklənən mərkəzdənkənar idarəetmə modellərindən istifadə edərək bir çox sənaye sahəsində inqilab yaratmaq potensialı var.

Ətraflı məlumat: DAO nədir?