Binance Ödəniş nədir və ondan necə istifadə etmək olar?
Əsas səhifə
Məqalələr
Binance Ödəniş nədir və ondan necə istifadə etmək olar?

Binance Ödəniş nədir və ondan necə istifadə etmək olar?

Başlanğıc
Dərc edilmişdir May 11, 2024Yenilənib Jul 8, 2024
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Binance Ödəniş istifadəçilərin gündəlik tranzaksiyalar üçün kriptovalyutaları təhlükəsiz, təmassız və sərhədsiz, eləcə də problemsiz şəkildə göndərmələrinə, qəbul etmələrinə və xərcləmələrinə imkan verir.

  • Bitcoin, Ethereum və stabil koinlər də daxil olmaqla 80-dən artıq kriptovalyutanın dəstəklənməsi ilə istifadəçilər ödəniş etmək və ya vəsaitləri qəbul etmək üçün çox sayda opsiondan istifadə etmək imkanına malikdir.

  • Binance Ödəniş həm fərdi istifadəçilər, həm də tacirlər üçün rahatlıq, sərfəlilik, qlobal əhatə dairəsi və təkmil təhlükəsizlik xüsusiyyətləri daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir.

Binance Ödəniş nədir?

Binance Ödəniş istifadəçilərin kriptovalyutaları problemsiz şəkildə göndərmələrinə, qəbul etmələrinə və xərcləmələrinə imkan verən ödəniş texnologiyasıdır. O, gündəlik tranzaksiyalar üçün mükəmməl olan təhlükəsiz, təmassız və sərhədsiz ödəniş həlləri təklif edir. Bu məqalədə Binance Ödənişin əsas xüsusiyyətlərini, üstünlüklərini və addım-addım istifadə qaydalarını araşdıracağıq.

Giriş

Binance Ödəniş kriptovalyutalarla real dünya tranzaksiyalarını əlaqələndirir. O, istifadəçi və tacirlərin kriptovalyutanı gündəlik həyatlarına problemsiz şəkildə inteqrasiya etmələrinə imkan verir ki, bu da əmtəə və xidmətlər üçün ödəniş etməyi, hesabları dostlarla bölüşdürməyi və ya hətta rəqəmsal aktivlərdən istifadə etməklə hotel bron etməyi asanlaşdırır.

Binance Ödənişin əsas üstünlüklərindən biri çoxyönlü olmasıdır. O, Bitcoin, Ethereum, BNB və USDT, USDC və FDUSD kimi stabil koinlər də daxil olmaqla 80-dən artıq müxtəlif kriptovalyutanı dəstəkləyir. Dəstəklənən aktivlərin bu geniş çeşidi istifadəçilərin ödənişlər edərkən və ya vəsaitləri qəbul edərkən geniş seçim imkanlarına malik olmasını təmin edir.

Binance Ödəniş yalnız dəstəklənən ölkələrdə kimliyin doğrulanması prosesini tamamlamış uyğun istifadəçilər üçün əlçatandır.

Binance Ödənişin iş prinsipi

Binance Ödənişi quraşdırmaq və istifadə etmək asandır. İstifadəçilər kriptovalyuta ödənişləri tələb etmək üçün QR kodlar və ya ödəniş linkləri yarada, ödəyicilər isə ödəniş etmək üçün bu QR kodları skan edə və ya təqdim edilmiş linklərdən istifadə edə bilərlər. Bu proses kredit kartları və ya bank transferləri kimi ənənəvi ödəniş metodlarına ehtiyacı aradan qaldıraraq tranzaksiyaların daha sürətli, təhlükəsiz və sərfəli olmasını təmin edir.

Binance Ödənişin quraşdırılması

İstifadəçilər Binance Ödəniş ilə işləməyə başlamaq üçün Binance hesabına sahib olmalı və eyni zamanda Müştərini Tanı (KYC) doğrulaması kimi də tanınan kimliyin doğrulanması prosesini tamamlamalıdır. İstifadəçilər doğrulandıqdan sonra Binance tətbiqi vəß ya veb-saytı vasitəsilə Binance Ödənişə daxil ola bilərlər.

Addım 1: Binance-də qeydiyyatdan keçin

Binance tətbiqinə və ya veb-saytına keçin və hələ yoxdursa, hesab yaradın. E-poçt ünvanınızı daxil etməli və təhlükəsiz parol təyin etməlisiniz.

Addım 2: KYC doğrulamasını tamamlayın

Binance Ödəniş istifadə etmək üçün KYC doğrulama prosesini tamamlamalısınız. Buraya təhlükəsizlik məqsədləri üçün şəxsi məlumatların və şəxsiyyəti təsdiq edən sənədlərin təqdim edilməsi daxildir.

Addım 3: Binance Ödənişə daxil olun

KYC prosesini tamamladıqdan sonra Binance tətbiqi və ya veb-saytı vasitəsilə Binance Ödənişə daxil ola bilərsiniz. 

Binance tətbiqi

Tətbiqdə əsas səhifənin yuxarı sağ küncündə Binance Ödəniş nişanına toxunun və ya [Pul kisələri] → [Rezerv] → [Ödəniş] bölməsinə keçin.

Veb-sayt

Veb-saytda hesabınıza daxil olun və yuxarı menyuda [Daha çox] → [Ödəniş] bölməsinə keçin.

Addım 4: Binance Ödəniş hesabınızı quraşdırın

Binance Ödənişdən ilk dəfə istifadə edirsinizsə, istifadəçi adı və təhlükəsiz Ödəmə PIN-i yaratmaqla hesabınızı quraşdırın. Bu PIN tranzaksiyalara icazə vermək məqsədilə istifadə olunacağı üçün onu təhlükəsiz şəkildə saxlamaq çox vacibdir. PIN-inizi heç kimlə paylaşmayın.

Binance Ödəniş ilə ödənişlərin həyata keçirilməsi

Binance Ödəniş hesabınız quraşdırıldıqdan sonra bir neçə sadə addımla ödənişləri etməyə başlaya bilərsiniz.

1. Ən asan yol mobil kameranızla qəbul edənin Binance Ödəniş QR kodunu skan etməkdir.

Alternativ olaraq Binance Ödəniş interfeysində yerləşən [Göndər] düyməsindən istifadə edə və qəbul edənin e-poçtunu, telefon nömrəsini və ya Binance ID-sini (UID) daxil edə bilərsiniz.

2. Kriptovalyutanı seçin və göndərmək istədiyiniz məbləği daxil edin. Eyni zamanda qəbul edən üçün fərdiləşdirilmiş mesaj da əlavə edə bilərsiniz.

3. Qəbul edənin məlumatları, kriptovalyuta və məbləğ daxil olmaqla ödəniş məlumatlarını nəzərdən keçirin.

4. Ödəmə PIN-ni daxil etmək və ya ikimərhələli autentifikasiyanı (2FA) tamamlamaqla ödənişi təsdiq edin.

5. Ödəniş dərhal emal ediləcək və tranzaksiyanı təsdiqləyən e-poçt və SMS bildirişləri alacaqsınız.

Binance Ödəniş ilə ödənişlərin qəbul edilməsi

Binance Ödəniş ilə ödənişləri qəbul etmək üçün ödəyiciyə aşağıdakılardan birini təqdim edə bilərsiniz:

  • Binance hesabınızda qeydiyyatdan keçirilmiş e-poçtunuz,

  • Telefon nömrəniz,

  • Binance istifadəçi ID-niz (UID), 

  • Və ya Binance Ödəniş QR kodunuz.

1. QR kod vasitəsilə: unikal QR kod yaratmaq üçün Binance Ödəniş interfeysində [Qəbul et] düyməsinə toxunun. Bu QR kodu sizə kriptovalyuta göndərmək məqsədilə skan edə bilməsi üçün ödəyici ilə paylaşın.

2. E-poçt, telefon nömrəsi və ya UID vasitəsilə: Binance Ödəniş vasitəsilə ödəniş edərkən məlumatlarınızdan istifadə edə bilməsi üçün bunlardan birini ödəyiciyə təqdim edin.

Binance Ödənişdən istifadə etməyin üstünlükləri

Binance Ödəniş fərdi istifadəçilər və tacirlər üçün çoxsaylı üstünlüklər təklif edir:

Fərdi istifadəçilər üçün

  • Rahatlıq: Binance Ödəniş ənənəvi ödəniş metodlarına ehtiyacı aradan qaldırmaqla gündəlik tranzaksiyalar və ödənişlər üçün kriptovalyutaları asanlıqla göndərməyinizə, qəbul etməyinizə və xərcləməyinizə imkan verir.

  • Sərfəli: Binance Ödəniş tranzaksiyalarının əksəriyyətinə komissiya tətbiq olunmadığından o, fərdlərarası ödənişlər üçün sərfəli həll yolu hesab edilir. Daha yüksək tranzaksiya həcminə malik aktiv istifadəçilər aylıq hədlərinə çatdıqdan sonra komissiyalar ödəməli ola bilərlər. Belə hallarda ödəniş təsdiqlənməmişdən əvvəl komissiyalar istifadəçilərə aydın şəkildə göstəriləcək.

  • Sərhədsiz: Binance Ödəniş dünyanın hər yerindəki istifadəçilərlə tranzaksiyalar həyata keçirməyinizə imkan verən qlobal ödəniş həllidir.

  • Təhlükəsizlik: Binance Ödəniş tranzaksiyalarınızı və şəxsi məlumatlarınızı qorumaq üçün ikimərhələli autentifikasiya və təhlükəsiz şifrələmə daxil olmaqla təkmil təhlükəsizlik tədbirlərindən istifadə edir.

Tacirlər üçün

  • Artan müştəri bazası: Binance Ödənişi qəbul etməklə tacirlər böyüməkdə olan kriptovalyuta istifadəçiləri icmasına daxil ola və yeni müştərilər cəlb edə bilərlər.

  • Real vaxt rejimli ödənişlər: tacirlər ənənəvi ödəniş metodları ilə əlaqədar olan gecikmələr olmadan ödənişləri dərhal alırlar.

  • Aşağı komissiyalar: Binance Ödəniş vasitəçilərə olan ehtiyacı aradan qaldırır və nəticədə tacirlər üçün tranzaksiya ödənişləri azalır.

  • Qlobal əhatə: tacirlər potensial müştəri bazasını genişləndirərək bütün dünyadakı müştərilərdən ödənişləri qəbul edə bilərlər.

  • Xüsusi dəstək: Binance tacirlərin Binance Ödənişi öz biznesləri üçün inteqrasiya etmələrinə və optimallaşdırmalarına kömək etmək üçün onları xüsusi dəstəklə təmin edir.

Yekun qeydlər

Binance Ödəniş istifadəçilərin kriptovalyutaları gündəlik həyatlarına problemsiz şəkildə inteqrasiya etmələrinə imkan verən inqilabi ödəniş həllidir. Binance Ödəniş rahat interfeysi, dəstəklənən kriptovalyutaların geniş çeşidi və təkmil təhlükəsizlik xüsusiyyətləri ilə rəqəmsal aktivləri göndərmək, qəbul etmək və xərcləmək üçün rahat, sərfəli və təhlükəsiz yol təklif edir.

Tövsiyə olunan ədəbiyyat


Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.