Banana for Scale (BANANAS31) nədir?
Əsas səhifə
Məqalələr
Banana for Scale (BANANAS31) nədir?

Banana for Scale (BANANAS31) nədir?

Orta
Yenilənib Apr 30, 2025
3m

Əsas diqqət yetiriləcək məqamlar

  • Banana for Scale viral "Ölçü vahidi kimi banan" memini real dünya Sİ və blokçeyn tətbiqləri ilə birləşdirən, BNB zəncirində fəaliyyət göstərən icmayönümlü layihədir.  

  • O, kriptovalyuta bazarına daim nəzarət edən və real vaxtda analitikalar paylaşan, Bananalyst adlanan Sİ agentini, eyni zamanda istənilən şəxsin müstəqil Sİ agentlərini işə salmasına və öyrətməsinə imkan vermək üçün RLAIF (Süni İntellekt Rəyindən Gücləndirici Öyrənmə) texnologiyasından istifadə edən Banana Agent Protokolunu təqdim edir.  

  • BANANAS31 tokeni həm yumor, həm də texnologiya vasitəsilə uzunmüddətli dəyər və interaksiya təmin etmək məqsədilə doldurma agentinin yerləşdirilməsi, Dapp tranzaksiyaları və tokenizasiya edilmiş agent iqtisadiyyatı daxil olmaqla bütün ekosistemi dəstəkləyir.

Banana for Scale nədir?

"Ölçü vahidi kimi banan" anlayışı ilk dəfə 2012-ci ildə Reddit-də məşhurlaşıb. İstifadəçilər obyektlərin ölçüsünü göstərmək üçün şəkillərdə zarafatla banan yerləşdirməyə başladılar. Bu ideya tez bir zamanda Imgur və X kimi platformalara yayılaraq populyar memə çevrilib. 

Geniş yayılmış və hamı tərəfindən tanınan meyvə olan banan müxtəlif ölçülü əşyalarla müqayisədə standart ölçüləri və əyləncəli kontrastı sayəsində bu cür müqayisələr üçün mükəmməl obyekt rolunu oynayırdı. İnternet yumorunu qəbul etməsi ilə tanınan İlon Maskın SpaceX tərəfindən 18 noyabrda buraxılması planlaşdırılan Ship 31-ə banan stikerini əlavə etməsi ilə mem mədəni əhəmiyyəti baxımından yeni səviyyəyə yüksəldi. 

Stikerdə daha kiçik bananı tutan banan təsvir edilmişdi və bu, "ölçü vahidi kimi banan" meminə ağıllı və yumoristik işarə idi. Bu addım təkcə memin populyarlığını qeyd etmirdi, eyni zamanda raketin və onun missiyasının nəhəngliyini simvolizə edirdi və bananın populyar mədəniyyət simvolu statusunu daha da möhkəmləndirdi.

İş prinsipi necədir?

Banana for Scale sadəcə mem deyil; eyni zamanda Bananalyst və Banan Agent Protokolu daxil olmaqla öz Sİ sisteminə malikdir.

Bananalyst CoinMarketCap-də listinq edilmiş bütün tokenlərlə bağlı real vaxtda analitika hazırlamaq üçün yaradılmış Sİ agentidir. O, kriptovalyuta həvəskarları və investorlar üçün faydalı informasiya təmin edən dinamik məlumatlar təqdim edir. Bananalyst eyni zamanda yeniləmə və analitikanı avtomatik olaraq öz X hesabında (@AiBananalyst) paylaşır. 

Banana Agent Protokolu Agent Cəmiyyəti üçün yeni və vacib istifadə halı müəyyənləşdirir: RLAIF (Süni İntellekt Rəyindən Gücləndirici Öyrənmə). O hər kəsin agentləri Banana Agent Strukturundan istifadə etməklə problemsiz şəkildə işə salmasına imkan verir. Bu ixtisaslaşmış agentlər bir-biriləri ilə interaksiya etməklə və öyrənməklə öz sahələrində yüksək nəticələr göstərəcək və token sahiblərinə aşağıdakı yollarla mükafatlar qazandıracaqlar:

  1. Gələcək tətbiq və Dapp istifadəsindən əldə edilən potensial gəlir.

  2. Agentlərin bacarıq və əşyalarla ticarət etdiyi tokenizasiya edilmiş agent iqtisadiyyatı.

  3. Agent təlimi zamanı istehsal edilən, sonradan müəssisə və müştərilərə satıla bilən nadir real vaxt Sİ təlim məlumatları (RLAIF).

BANANAS31 tokeni

BANANAS31 Ship 31-in banan stikerindən ilhamlanmış və Sİ ilə işləyən mem koinidir.

Banana for Scale ilə bağlı növbəti addım

Layihənin hədəfi BSC-də agent aktivlərinin buraxılması və tətbiq edilməsi platformasının yaradılmasıdır.

2025 R3: agent aktivi platformasının demo buraxılışı

  • BSC-də ilk agent aktivi platforması demosunu işə salınması.

  • Vizual agentin yaradılması üçün MCP protokolunun inteqrasiya edilməsi

  • Aşağı kodlu smart müqavilə şablonlarının və yerləşdirmənin aktivləşdirilməsi.

  • Testnet Developer Təşviqi Proqramını işə salınması

2026 R1: agentin tokenizasiyası və ekosistemin genişləndirilməsi

  • Agent hüquqlarının tokenizasiyası protokolunun tamamlanması (BANANA-721 standartı)

  • Mərkəzdənkənar agent treydinqi bazar yerinin işə salınması.

  • Agent Hesablama Gücü ilə steykinq və mayninqinin təqdim edilməsi.

Yekun qeydlər

Banana for Scale mədəniyyəti bəşəriyyətin alətlərlə bağlı təxəyyül və yaradıcılığından qaynaqlanır. Banana icması bu nöqteyi-nəzəri davam etdirmək və Sİ ilə blokçeynin kəsişməsini dəstəkləmək məqsədilə "ölçü vahidi kimi banan" mədəniyyətini yaymağa davam edəcək. Layihənin hədəfi sosial media platformaları vasitəsilə Web2 və Web3 arasındakı maneələri aradan qaldırmaq, blokçeyn texnologiyasının inkişafına təkan vermək və BSC-yə yeni istifadəçilər cəlb etməkdən ibarətdir.

Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.