Monitorinq teqi

Başlanğıc

Monitorinq teqi nədir?

Binance-da Monitorinq teqi listinq edilmiş digər tokenlərlə müqayisədə dəyişkənliyi və riski daha yüksək olan kriptovalyuta tokenlərini müəyyən edir. Bu tokenlər Binance tərəfindən yaxından müşahidə edilir və qüvvədə olan listinq meyarlarına cavab vermədikləri halda delist edilə bilərlər.

Binance istifadəçiləri qorumaq məqsədilə bu tokenlərlə ticarət etmək istəyən hər kəsdən hər 90 gündən bir risk qiymətləndirmə testini tamamlamasını, eyni zamanda Binance Spot və Marja platformalarında İstifadə qaydalarını qəbul etməsini tələb edir. Bu proses Monitorinq teqi tokenləri ilə treydinq etməzdən əvvəl bütün istifadəçilərin müəyyən risklərdən xəbərdar olmalarını təmin edir.

Monitorinq teqi və risk xəbərdarlığı banneri müvafiq tokenlərin treydinq səhifələrində, eləcə də Binance Spot, Binance Marja və Bazarların İcmalı səhifələrində aydın şəkildə göstərilir.

Binance tokenin Monitorinq teqi almalı, saxlamalı və ya Monitorinq teqini silməli olduğunu müəyyən etmək üçün müntəzəm qaydada hərtərəfli təhlillər aparır. Qiymətləndirmə meyarlarına sadalananlarla məhdudlaşmadan aşağıdakılar daxildir:

  • Layihə komandasının öhdəliyi

  • İnkişaf fəaliyyətinin səviyyəsi və keyfiyyəti

  • Treydinq həcmi və likvidlik

  • Şəbəkənin stabilliyi və potensial hücumlara qarşı təhlükəsizlik

  • İctimai ünsiyyətin və icma ilə əlaqələrin keyfiyyəti və şəffaflığı

  • Binance-ın lazımi araşdırma tələblərinə cavab vermək

  • Qeyri-etik və ya fırıldaqçı davranış və ya səhlənkarlıq sübutu

  • Yeni normativ tələblərə uyğunluq

  • Token tədarükündə əsaslı və ya əsaslandırılmamış artımlar, yaxud tokenomikada müşahidə olunan dəyişikliklər

  • Layihənin mülkiyyət strukturu və ya əsas komanda üzvlərində müşahidə olunan dəyişikliklər

  • İcma əhvali-ruhiyyəsi

Xatırlatma: monitorinq teqinin olması tokenin Binance platformasından çıxarılma riskinin olduğunu bildirir. İstifadəçilər bu aktivlərlə treydinq zamanı öz tədqiqatlarını aparmalı və daha diqqətli olmalıdırlar.

Əlaqədar lüğətlər: Toxum teqi, Altcoin.
Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.