Əsas diqqət yetiriləcək məqamlar
Binance-in ikimərhələli autentifikasiya ilə doğrulama strategiyası daha güclü, fərdiləşdirilmiş hesab təhlükəsizliyi üçün bir neçə ikimərhələli autentifikasiya metodlarını fərdiləşdirməyinizə imkan verir.
Bu funksiya doğrulanmış istifadəçilər və ya aktivləri 100 USDT-dən çox olan şəxslər üçün əlçatandır.
İkimərhələli autentifikasiyanızı fərdiləşdirməklə icazəsiz giriş və nağdlaşdırmalara qarşı qorunmanı artıra və rahatlıqla təhlükəsizlik arasında ən uyğun balansı tapa bilərsiniz.
Giriş
Məsələ rəqəmsal aktivlərinizi qorumaq olduqda təhlükəsizlik hər şeydir. Məsələ hesabın qorunması olduqda isə fərqli istifadəçilərin təbii olaraq fərqli ehtiyac və tərcihləri olacaq. Buna görə də Binance seçim gücünü sizin ixtiyarınıza verən təhlükəsizlik funksiyası ikimərhələli autentifikasiya ilə doğrulama strategiyasını yaratdı.
İkimərhələli autentifikasiya ilə doğrulama strategiyası funksiyası giriş və nağdlaşdırmalar üçün təhlükəsizlik qatlarınızı fərdiləşdirməyinizə imkan verir. Yəni məhz hansı ikimərhələli autentifikasiya (2FA) metodlarını istifadə etmək istədiyinizi seçə bilərsiniz. Bunu öz rəqəmsal kisənizi çoxqatlı təhlükəsizliklə istədiyiniz kimi tərtib etmək kimi düşünün.
İkimərhələli autentifikasiya ilə doğrulama strategiyası nədir?
İkimərhələli autentifikasiya ilə doğrulama strategiyası tək təhlükəsizlik quraşdırmasından daha çox şey etməyinizə imkan verir. Bir metoda etibar etmək əvəzinə, hər dəfə daxil olduqda və ya vəsaitləri nağdlaşdırdıqda hansı əlavə doğrulama addımlarının tələb olunacağına siz qərar verirsiniz.
İkimərhələli autentifikasiya metodlarını bir neçə yolla birləşdirə bilərsiniz. Bu, təkcə müdafiənizi təkmilləşdirmir, həm də rahatlıq və təhlükəsizliyi balanslaşdırma çevikliyi də təmin edir.
Binance-in ikimərhələli autentifikasiya ilə doğrulama strategiyasına giriş imkanı əldə etməyin qaydası
Öz ikimərhələli autentifikasiya strategiyanızı aktivləşdirmək sadədir:
1. Binance hesabınıza daxil olun, [Profil nişanı], sonra isə [Hesab] bölməsinə keçin.
2. Sonra [Təhlükəsizlik] bölməsinə keçib [İkimərhələli autentifikasiya ilə doğrulama strategiyasını] tapın. Başlamaq üçün [İdarə et] və [Strategiya əlavə et] üzərinə klikləyin.
3. Qaydaları oxuyub anladığınızı təsdiq edin. Hazır olduğunuz zaman xanaları işarələyin və [Davam et] üzərinə klikləyin.
4. Giriş, Aktivlər və ya Hesab Parametrləri kimi fərdiləşdirmək istədiyiniz ssenarini seçin. Bu nümunədə Aktivlərdən istifadə edəcəyik.
5. Nəhayət, istədiyiniz ikimərhələli autentifikasiya yoxlanışlarını fərdiləşdirin. Ehtiyaclarınıza uyğun bir neçə seçim edə bilərsiniz.
6. Cari ssenarilərinizi yoxlayıb redaktə edə, yaxud İkimərhələli autentifikasiya ilə doğrulama strategiyası səhifəsində yenilərini yarada bilərsiniz.
Kimlər strategiya yarada bilər?
Hər şeyi təhlükəsiz saxlamaq üçün yalnız müəyyən istifadəçilər ikimərhələli autentifikasiya ilə doğrulama strategiyası yarada bilər. Bu şərtlərdən ən azı birinə cavab verirsinizsə, siz uyğun hesab olunursunuz:
Hesab doğrulamasını (Müştərini tanı) tamamlamısınız.
Hesabınızdakı aktivlərin dəyəri 100 USDT-dən çoxdur.
Bu nə üçün vacibdir?
Kriptovalyuta təhlükəsizliyiniz güzəşt kimi görünməməlidir. İkimərhələli autentifikasiya stratgiyanızı fərdiləşdirməklə:
Yalnız parollardan ibarət olmayan qorunma qatları əlavə edirsiniz.
Bir üsul ələ keçirilsə belə, icazəsiz nağdlaşdırmaların qarşısını alın.
Təhlükəsizlik quraşdırmanızın həqiqətən sizə aid olduğunu bilərək rahatlıq yaradın.
Yekun qeydlər
İkimərhələli autentifikasiya ilə doğrulama strategiyası ilə təkcə təhlükəsizlikdə ən yaxşı təcrübələrə əməl etmirsiniz; həm də onları öz üsulunuzla qurursunuz. Bu funksiya siz hər dəfə daxil olduqda, nağdlaşdırma etdikdə və ya hesab parametrlərinizi dəyişikdə daha çox nəzarət, uyğunluq və arxayınlıq təmin edir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.