Təsdiqləmə vaxtı blokçeyn tranzaksiyasının şəbəkəyə təqdim edildiyi andan onun nəhayət təsdiqlənmiş blokda qeydə alınmasına qədər keçən vaxtdır. Başqa sözlə, o, istifadəçinin tranzaksiyası toplanana və mayner qovşağı tərəfindən təsdiqlənənə qədər gözləməli olduğu ümumi vaxtdır.
Blokçeynin və şəbəkə arxitekturasının növündən asılı olaraq bu vaxt daha yüksək tranzaksiya ödənişi təklif etməklə azaldıla bilər, beləcə, maynerlər tranzaksiyanıza daha yüksək prioritet verməyə həvəsli olacaqlar.
Təsdiqləmə vaxtı blokçeyn şəbəkəsinin ortalama sürətini ölçmək üçün göstərici olaraq istifadə edilə bilər. Ancaq təqdimetmə və təsdiqləmə arasındakı faktiki vaxt fərdi amillərə və dəyişən tələbə əsasən dəyişə bildiyi üçün blokçeynin səmərəliliyini və sürətini ortalama təsdiqləmə vaxtından istifadə etməklə hesablamaq daha məqsədəuyğundur.
Tranzaksiya mayner tərəfindən bloka daxil edildikdən sonra blok şəbəkənin digər qovşaqları tərəfindən təsdiqlənməlidir. Blokun etibarlı olduğu təsdiqləndikdə tranzaksiya üçün tək təsdiqləmə olduğu qəbul edilir, yəni onun üzərində mayninq edilmiş hər yeni blok başqa təsdiqləməni təmsil edəcək.
Blokçeyndə ən son bloklar tam təhlükəsiz hesab edilmədiyi üçün çox zaman tranzaksiyanı uğurlu və geri qaytarılmayan hesab etməzdən əvvəl əlavə blok təsdiqləmələrini gözləmək tövsiyə olunur. Bu, xüsusilə ticarətçilər və onlayn xidmət təminatçıları kimi kriptovalyuta ödənişləri alan tərəflər üçün doğrudur.
Kriptovalyuta haqqında tranzaksiya məlumatlarını xronoloji ardıcıllıqla qeydə alan mərkəzləşdirilməmiş, rəq...
Fərdlərarası (P2P) iqtisadi sistemdə birja vasitəsi kimi işləmək üçün kriptoqrafiya ilə mühafizə olunan rəq...