Bitcoin yarılama tarixi: yarılamadan sonra sizin Bitcoin-lərinizlə nə baş verir?
Əsas səhifə
Məqalələr
Bitcoin yarılama tarixi: yarılamadan sonra sizin Bitcoin-lərinizlə nə baş verir?

Bitcoin yarılama tarixi: yarılamadan sonra sizin Bitcoin-lərinizlə nə baş verir?

Başlanğıc
Dərc edilmişdir Oct 26, 2023Yenilənib Jan 11, 2024
7m

Çox uzundur, oxumadım

  • Bitcoin yarılaması mayner mükafatlarını azaldaraq, təklif və tələb dinamikasına təsir göstərir. Növbəti Bitcoin yarılaması tarixinin 2024-cü ilin aprel ayı olması gözlənilir.

  • Yarılama çox vaxt bazar dəyişkənliyinə və kriptovalyuta dünyasında spekulyasiyaların artmasına səbəb olur.

  • Maynerlər mayninq mənzərəsini potensial olaraq dəyişməklə azalan gəlirliliyə uyğunlaşmalıdırlar.

  • Tədbir blokçeyn ekosistemi daxilində texnoloji innovasiya və cəmiyyətin inkişafına stimul verir.

  • Yarılama inflyasiyaya qarşı potensial hedcinq ilə Bitcoin-in uzunmüddətli investisiya aktivi kimi cəlbediciliyini gücləndirir.

Kriptovalyuta dünyasında çox az tədbir Bitcoin Yarılaması kimi böyük təsir və gözləntiyə malik olur. Təxminən hər dörd ildən bir təkrarlanan bu proses adətən blokçeyn cəmiyyətində kəskin müzakirələrə səbəb olaraq bütün kriptovalyuta dünyasında əhəmiyyətli təsirlər yaradır. Bitcoin Yarılama hadisəsinin vacibliyini tam anlamaq üçün onun özündə nəyi ehtiva etdiyini və bu cür genişmiqyaslı diqqət və spekulyasiyaların yaranmasının səbəbini anlamaq vacibdir.

Bitcoin Yarılaması nədir?

"Yarılanma" da adlandırılan Bitcoin Yarılaması Bitcoin protokolunda hər 210 000 blokdan bir (təxminən dörd ildə bir dəfə) təkrarlanan əvvəlcədən kodlanmış hadisədir. O, maynerlərin blokçeyn tranzaksiyalarını doğrulamaq üçün aldığı mükafatları azaldır. Bu proses yeni bitcoin-lərin buraxılışına nəzarət etmək və onların qıtlığını qoruyub saxlamaq, beləliklə də məhdud BTC təchizatını təmin etmək üçün işlənib-hazırlanmışdır. Mahiyyət etibarilə yarılama maynerlərə verilən BTC mükafatlarını yarılayır.

2008-ci ildə Satoshi Nakamoto təxəllüsü ilə nəşr edilən orijinal Bitcoin ağ kağızında bitcoin-lərin təklif olunan sayının 21 milyona məhdudlaşdırılacağı qeyd edilmişdir. Sabit təchizat mexanizmi inflyasiyanın qarşısını almaq və qızıl kimi dəyərli metalların qıtlığını təqlid etmək üçün təqdim edilmişdir. Yeni bitcoin-lərin çıxması sürətini tənzimləməklə protokol öz dəyərini qoruyub saxlamaq və ya zamanla dəyərləndirmək potensialına malik deflyasiya valyutası yaratmağı qarşısına məqsəd qoymuşdur.

Buna görə də, Yarılama yeni bitcoin-lərin dövriyyəyə buraxılma sürətini nəzarətdə saxlamaqda, zamanla yeni koinlərin yaradılması sürətini azaltmaqda vacib rol oynayır. Bitcoin ilk dəfə 2009-cu ildə meydana çıxanda maynerlər blokçeynə uğurla əlavə etdikləri hər bir bloka görə mükafat kimi 50 BTC almışdılar. 

İlk Yarılama hadisəsi 2012-ci ildə baş tutaraq blok mükafatını 25 BTC-yə salmışdır. Ardınca 2016 və 2020-ci ildə baş tutmuş Yarılamalar mükafatı müvafiq olaraq 12,5 və 6,25 bitcoin göstəricisinə salmışdır. Növbəti Bitcoin Yarılaması hadisəsi blok mükafatını 3,125 BTC-yə salacaq və 2024-cü ilin aprelində baş verməsini gözlənilir (blok hündürlüyü 840 000-ə çatanda).


Blok hündürlüyü

BTC Yarılama tarixləri

Blok mükafatı (BTC)

BTC qiyməti (USD)

BTC başladılması

Genezis bloku

3 yanvar 2009-cu il

50

Yoxdur

Yarılama 1

210 000

28 noyabr 2012-ci il

25

12,35$

Yarılama 2

420 000

9 iyul 2016-cı il

12,5

650,53$

Yarılama 3

630 000

11 may 2020-ci il

6,25

8 821,42$

Yarılama 4

840 000

~2024

3,125

?

Yarılama 5

1 050 000

~2028

1,5625

?

Yarılama 6

1 260 000

~2032

0,78125

?

Yarılama 7

1 470 000

~2036

0,390625

?

Yarılama 8

1 680 000

~2040

0,1953125

?

Yarılamadan sonra Bitcoin-inizə nə baş verir?

Bitcoin Yarılaması hadisəsindən sonra mövcud Bitcoin hissələriniz dəyişməz olaraq qalır. Yarılama prosesi malik olduğunuz bitcoin-lərin sayına birbaşa təsir etmir. Buna baxmayaraq, o, Bitcoin qiyməti və kriptovalyuta ekosisteminin müxtəlif aspektlərinə təsir edə bilər, bu isə investorlar, treyderlər və kriptovalyuta həvəskarlarının bu məsələyə bu qədər yaxından diqqət yetirməsinin səbəbidir. Bitcoin Yarılamasının əhəmiyyətli olması və insanların buna əhəmiyyət verməli olduğunun bir neçə səbəbi aşağıda verilmişdir:

1. Təklif və tələb dinamikası

Yarılama ilə yeni bitcoin-lərin yaradılması sürəti azalır, təchizat tərəfdə məhdudiyyət yaranır. Bu da öz növbəsində Bitcoin-in bazar qiymətində potensial dəyişikliklərə səbəb olaraq təklif və tələb arasındakı balansa təsir edir. Təklif azalarkən tələbin eyni qalması və ya artması ilə sadə iqtisadi prinsiplər işə düşür, aktivin qiymətinin qalxması ehtimalı artır. Bu artan qıtlıq gözləntisi adətən investor faizində və Bitcoin ilə bağlı spekulyasiyalarda artıma səbəb olur.

2. Bazar dəyişkənliyi

Bitcoin Yarılaması tarixən kriptovalyuta bazarındakı artan dəyişkənlik ilə əlaqələndirilmişdir. Spekulyatorlar və investorlar hadisəyə səbəb olan və onun ardınca gələn bazar dinamikasını yaxından izləyərək onun Bitcoin qiymətinə olan təsirini təxmin etməyə çalışırlar. Bu gözlənti adətən qiymət dəyişmələri və artan treydinq fəaliyyətinə aparıb çıxarır.

3. Maynerlər üçün bunun mənası

Yeni bloklar üzrə mayninq etməkdən əldə edilən mükafat yarıya düşdüyü üçün Bitcoin mayninqinin gəlir qabiliyyətinə də birbaşa təsir olur. Mükafatlardakı azalma xüsusən yüksək enerji xərcləri və daha aşağı səmərəliliyə malik aparatla işləyən maynerlər üçün çətinliklər yarada bilər. Maynerlər Yarılamadan sonra öz əməliyyatlarının keçərliliyini yoxlaya və buna uyğun olaraq strategiyalarını tənzimləyə bilərlər. Bu, adətən mayninq dünyasında dəyişikliklərə səbəb olur, daha kiçik və ya daha aşağı səmərəliliyə malik maynerlər bazardan sıxışdırılıb çıxarılır, bu zaman isə daha böyük, daha çox resurslara malik əməliyyatlar uğur qazanmağa davam edir.

4. Texnoloji və cəmiyyət baxımdan inkişaf

Bitcoin Yarılaması blokçeyn cəmiyyətində müzakirələrə və danışıqlara səbəb olan əhəmiyyətli bir mərhələdir. O, tərtibatçılar və maraqlı tərəfləri Bitcoin ekosisteminin dəyişən dinamikasının yaratdığı çətinlikləri aradan qaldırmaq üçün innovativ həlləri araşdırmağa həvəsləndirir. Texnoloji təkmilləşmə üçün bu hərəkətverici qüvvə çox vaxt Bitcoin şəbəkəsinin ölçülə bilənliyi, səmərəliliyi və təhlükəsizliyini artırmağı, nəticədə isə onun uzunmüddətli dayanıqlılığı və inkişafına dəstək verməyi hədəf kimi müəyyən etmiş yeni alətlərin, protokolların və təşəbbüslərin inkişafına aparıb çıxarır.

5. Uzunmüddətli investisiyalar üçün bunun mənası

Uzunmüddətli investorlar üçün Bitcoin Yarılaması aktivin deflyasiya xüsusiyyətini və dəyərli ehtiyat kimi potensialını vurğulayan vacib bir hadisəni təmsil edir. Yarılama mexanizmi ilə təqdim edilən proqnozlaşdırıla bilən qıtlıq Bitcoin-i inflyasiyaya və investisiya portfellərini çeşidləndirmək üçün çalışan fərdlər və təşkilatı cəlb edən iqtisadi qeyri-sabitliyə qarşı hedcinq kimi qoyur. Yarılama Bitcoin-in rəqəmsal qızıl olması iddiasını gücləndirərək, onun vaxt keçdikcə əhəmiyyətli dərəcədə dəyər qazanma potensialı ilə uzunmüddətli investisiya aktivi kimi gücünü artırır.

Bitcoin Yarılama hadisəsinə geri sayım taymeri

Qeyd edildiyi kimi, növbəti Bitcoin Yarılma hadisəsinin 2024-cü ilin aprel ayında baş verməsi gözlənilir (blok hündürlüyü 840 000-ə çatdıqda). İzləməni asanlaşdırmaq üçün Binance Bitcoin Yarılama səhifəsindəki yarılamaya geri sayım taymerini yoxlaya bilərsiniz.

Yekun fikirlər

Bitcoin Yarılama hadisəsi təkcə texniki bir tənzimləmə deyil. Bu, Bitcoin gələcəyinin hekayəsini və gediş xəttini formalaşdıran kriptovalyuta ekosisteminin özül sütunudur. Hər bir Yarılama hadisəsi baş verdikcə Bitcoin-in əsas dəyəri, onun daha geniş maliyyə dünyasındakı rolu, eləcə də rəqəmsal maliyyə dünyasındakı transformativ qüvvə kimi potensialı ilə bağlı müzakirələr artmağa davam edir.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatların məqsədi nə də hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etməkdir. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Məsuliyyətdən imtina bölməsinin tam mətni ilə bağlı ətraflı məlumatı burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün bizim İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə daxil olun.