Orta səviyyəli izləmə
Blokçeyn və kriptovalyuta təcrübənizi artırın
Orta
Bacarıq səviyyəsi
6 saat 55 Dəq
Tamamlamaq vaxtıdır
Ümumi baxış
Bu kurs haqqında ətraflı məlumat

Orta səviyyəli izləmə kriptovalyutaların əsasları ilə tanış olanların təcrübələrini artırmaq üçün nəzərdə tutulmuş blokçeyn texnologiyasının incəliklərinə dərindən nəzər salmağı təklif edir. Bu kurs mərkəzləşdirilməmiş tətbiqlərin (Dapp-lər) əsasını təşkil edən mexanizmləri, mürəkkəb mərkəzdən kənar maliyyə (DeFi) anlayışlarını və daha çoxunu kəşf edən 70+ moduldan ibarətdir.

Bu kurs boyu maarifləndirici videolar vasitəsilə öyrənəcək və interaktiv testlərlə biliyinizi yoxlayacaqsınız.

Öyrənəcəkləriniz:

Blokçeyn texnologiyasının dərinliklərini kəşf edin: 

  • Bloklar və tranzaksiyalar haqqında qabaqcıl anlayış formalaşdırın. 

  • Blokçeyn miqyaslandırma həllərinin imkanları və çətinlikləri haqqında məlumat əldə edin. 

  • Blokçeyn və Web3 arasındakı uyğunluğu ortaya çıxararaq onun data mükiyyətinə, biznes modellərinə və daha geniş rəqəmsal ekosistemə təsirini kəşf edin.

Qabaqcıl kriptovalyuta anlayışlarında ustalaşın: 

  • Kriptovalyutaların tarixini və real tətbiqlərini kəşf edin. 

  • Kritpo aktiv idarəetməsi, kriptovalyuta birjası və risklərin idarə edilməsi prinsipləri haqqında məlumat əldə edin. 

  • Bitcoin və Ethereum-un əsas elementlərini və tokenomikasını kəşf edin.

Dapp-lərin mürəkkəbliklərini kəşf edin: 

  • Dapp-lər haqqında anlayışınızı (smart müqavilələrin yaradılması və yerləşdirilməsindən tutmuş təhlükəsizliyinin təmin edilməsinə qədər) təkmilləşdirin. 

  • DAO-lar haqqında ətraflı məlumat əldə edin, onların yaradılması prosesini, əməliyyat mexanizmlərini, tətbiqlərini və çətinliklərini araşdırın.

DeFi-lərin incəliklərini anlamaq: 

  • Mərkəzləşdirilməmiş borcalma və borcvermə dinamikasından gəlir Farminqi anlayışına qədər DeFi-nin mexanizmini kəşf edin. 

  • DeFi-nin müvəqqəti itki və yayınma anlayışları, eləcə də bu anlayışların necə səmərəli şəkildə idarə ediləcəyi barədə məlumat əldə edin.

NFT dünyasını kəşf edin:

  • NFT-nin strukturunu, eləcə də NFT müəlliflik haqqı və mülkiyyətinin aspektlərini kəşf edin.

  • Necə NFT yaradacağınızı, zərb edəcəyinizi, alacağınızı və satacağınızı öyrənin.

  • NFT-dən istifadə hallarını, inskripsiyaları və Bitcoin NFT-lərini araşdırın.

  • NFT-lərin məhdudiyyətlərini və çətinliklərini anlayın.

Kriptovalyuta treydinqinin incəliklərini araşdırın:

  • Bazar dinamikası və maliyyə alətləri haqqında anlayışınızı artırın.

  • Gündəlik və svinq treydinqinin aspektlərini anlayın. 

  • Diversifikasiya və risklərin idarə edilməsi prinsiplərini dərk edin.

  • Treydinq interfeysi, müxtəlif sifariş növləri, tender-satıcı cədvəli və yayınma haqqında məlumat əldə edin.

  • Dəyişkən ortalamalar, RSI və Ichimoku buludu kimi texniki təhlil göstəriciləri haqqında məlumat əldə edin.

Tədris proqramı
6 kurs
1. Blokçeyn üzrə ətraflı məlumat
11 Videolar
11 Test
2. Kriptovalyuta üzrə ətraflı məlumat
16 Videolar
16 Test
3. Dapp üzrə ətraflı məlumat
12 Videolar
12 Test
4. DeFi üzrə ətraflı məlumat
10 Videolar
10 Test
5. NFT üzrə ətraflı məlumat
10 Videolar
10 Test
6. Kriptovalyuta treydinqi barədə ətraflı məlumat
14 Videolar
14 Test
Kriptovalyutanı öyrənin və mükafatlar qazanın
Əyləncəli, interaktiv kurslarımız vasitəsilə biliklərinizi ödənişsiz şəkildə artırın. Binance Akademiyası yeni başlayanlar, orta və yüksək səviyyəli öyrənənlər üçün ən əhatəli təlim kurslarını təqdim edir.
Ödənişsiz öyrənin
Testləri tamamlayın və mükafatlar qazanın.
Sertifikat alın
Təlimdə iştirak etdiyinizin sübutu olaraq nailiyyət sertifikatınızı əldə edin
Vahid Təlim Mərkəzi
Milyonlarla insana qoşulun və Binance Akademiyasının standartları təyin edən təlim proqramlarından öyrənməyə başlayın